reklam
Saçlara qulluq Saçlara qulluq https://mail.loading.az/uploads/posts/2020-11/thumbs/1605223432_loading.az_image.jpeg
ÊLfidÂ

ÊLfid Gözəllik 13-11-2020, 07:00

Saçlara qulluq

Saçlara qulluq
Saç tökülməsinin səbəbi nə olur olsun qarşısı alına bilər, ancaq itirilən saçı hər zaman geri qaytarmaq mümkün deyil. Məsələn, bədəndə dəmir çatışmazlığı və qansızlıqdan qaynaqlanan saç tökülməsinin qarşısını almaq olar ancaq itirilən saçı geri qaytarmaq mümkün deyil. Bir də fəsil tökülmələri var ki, bu da daha çox yaz ayında yaşanır, 2-3 ayda bitər.

•Çox tez-tez saç fenləməyin.


Saçı yuyarkən və darayarkən tökülməsi normaldır. Ancaq durduğunuz yerdə hər əlinizi atdığınızda saç tökülürsə, həkimə gedin.

•Yaxşı yatın

•Qırmızı ət və bol taxıl məhsulları yeyin.


•Saçı çox sıx yığmaq da yanlışdır

•Saç diblərinin masaja ehtiyacı var.
Hər gün 3 dəqiqə saç diblərini masaj edin

Saç üçün maskalar:

•Yarım qəhvə fincanı soya yağı, iki xörək qaşığı badam yağı, bir çay qaşığı dəniz duzu, bir çay qaşığı alma sirkəsini əridin. Qarışımı saç diblərinə sürtüb masaj edin. Sonra streç sellofanla sarıyıb iki saat saxlayın.

•Saç diblərini, saçları bal və yumurta sarısı ilə masaj edin. Başınızda yarım saat saxlayın.
İlıq su ilə durulayın.

•2-3 həftə boyunca hər yeməkdə bir stəkan suya bir çay qaşığı alma sirkəsi qarışdırıb için.
Saçlarınızı qidalandırmaq üçün alma sirkəsi və adaçayını qarışdıraraq saçınızı bu qarışımla durulayın.

•İsti zeytun yağı, bal və 1 çay qaşığı toz halında darçını qarışdıraraq hamama girmədən əvvəl 15 dəqiqə boyunca bunu saçlarınızda saxlayın.

•Saçlarınızın azaldığı qisimləri qızarana qədər soğanla ovun, ardından da bal sürtün.

Lakin bunları etməzdən əvvəl bədəninizin reaksiya verməyəcəyi qidalar olduğuna əmin olun.

Saçın bəslənməsi üçün:


•1 yumurta sarısı, 1 çay stəkanı dəmlənmiş çay, 1 xörək qaşığı badam yağı və 2 damcı limon suyunu bir qabda qarışdırın. Saçınızın diblərinə sürtün. 10-15 dəqiqə gözləyib, şampunla yuyun. 2 xörək qaşığı limon suyu və ya sirkəni 4 stəkan suya əlavə edin və bu suyu bir qədər ilıqladın. Saçlarınızı yuduqdan sonra bu qarışıqla durulayın.

Parlaq görünüş vermək üçün:

•Saçlarınızı şampunladıqdan sonra bir fincan limon suyu və ya sirkəni saçlarınıza töküb, saçın diblərinə yaxşıca masaj edin. Ardından saçlarınızı su ilə durulayın. Saç kremi(balzam) sürtün və yuyun. Bu, saçlarınızın daha yaxşı təmizlənməsinə və parlaq görünməsinə kömək edir. Bu maskanı 3 həftədən bir təkrarlamağınız məsləhət görülür.

Yıpranmış saçlar üçün

•1 ədəd banan
Bir neçə damcı badam yağı
Əzilmiş bananı, badam yağıyla qarışdırın və saçınızın diblərinə masaj edərək sürtün. 15 dəqiqə saçınızda saxladıqdan sonra, su ilə durulayın. Sonra şampunlayıb saç kremi sürtün.

Quru saçlar üçün:

•Bir xörək qaşığı bal.
Yarım fincan tam yağlı süd.
Balla südü qarışdırıb saç dərisinə masaj edin və 15 dəqiqə saçınızda saxlayın. Şampunla yuyun.

Elektriklənən saçlar üçün:

•Bir xörək qaşığı balı bir litr suyla qarışdırın. Bunu saçınızı şampunladıqdan sonra istifadə edin.

İsti yağ müalicəsi

•Qurumuş və zədələnmiş saçları ən yaxşı canlandırma üsulu zeytunyağı müalicəsidir. Saçlarınıza parlaqlıq vermək və bəsləmək üçün 2 yemək qaşığı zeytunyağını isidin. Bunu yavaş yavaş bütün saç dərinizə yedirin. İsti suda islatdığınız bir dəsmalı sıxdıqdan sonra türban kimi başınıza bağlıyın. Dəsmal soyuyarkən bu əməliyyatı iki və ya üç dəfə təkrarlayaraq başın yağı yaxşıca çəkməsini təmin edin. Sonra saçlarınızı yuyaraq yaxşıca durulanın. Bu xüsusilə tez qırılan saçlar üçün çox faydalıdır.

Zülal müalicəsi

•Yumurta ilə ediləcək zülal müalicəsi hər növ saç üçün uyğundur. İki yumurtanı çırpın və içinə yavaş yavaş bir yemək qaşığı zeytunyağı bir yemək qaşığı qliserin və bir yemək qaşığı sirkə (mümkünsə alma sirkəsi) əlavə edin. Saçınızı bir dəfə şampunladıqdan sonra saçlarınıza bu qarışığı sürüb 15-20 dəqiqə gözləyin. Saçlarınızı yaxşıca yudugdan sonra saçlarınızın çox qısa müddətdə canlandığını hiss edəcəksiniz.

Quru və normal saçlar üçün maskalar

1)Qara çörəyin içini 2 saatlıq qaynar suda islat. Alınmış horranı saçlarının dibinə sürt və 1 saat gözlə. Sonra isə saçları yu.

2)2 ədəd yumurtanı çal, saçlarını ilıq (isti yox) su ilə islat və qarışığı sürt. 5-7 dəqiqədən sonra saçlarını şampunla yu.
Nəticə: Saçlar daha yumşaq və parlaq olur🤫.

3)Araq: saçlara mükəmməl parıltı bəxş edir. Arağı şampunla eyni proporsiyada götür və saçlarını yu.

Yağlı saçlar üçün maska

Ən effektiv maskalar soğandan olanlardır. Bu maska baş dərisinin vəziyyətini yaxşılaşdırır, saçları möhkəmləndirir və böyüməsini tezləşdirir. Bu cür vasitələrin çatışmayan cəhəti - qoxudur. Amma nə etmək olar; gözəllik qurban tələb edir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
417 441 468 380 399 428

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.