reklam
Əgər bir adam qüsl alan zaman aldığı qüslün adını düzgün deməsə, qüslü düzgündürmü? Əgər bir adam qüsl alan zaman aldığı qüslün adını düzgün deməsə, qüslü düzgündürmü? https://mail.loading.az/uploads/posts/2020-10/thumbs/1603228937_loading.az_dush_0298.jpg
Луна

Луна İslam Dini 21-10-2020, 15:00

Əgər bir adam qüsl alan zaman aldığı qüslün adını düzgün deməsə, qüslü düzgündürmü?

Əgər bir adam qüsl alan zaman aldığı qüslün adını düzgün deməsə, qüslü düzgündürmü?

İslam dinində hər bir əməli yerinə yetirən zaman niyyət mühüm sayılır. Hətta məşhur hədisdə buyurulur ki, əməllər niyyətlərə bağlıdır. Hər bir qüslü alan zaman niyyət etmək vacibdir. Yəni insan müəyyən etməlidir ki, nə üçün qüsl alır, aldığı qüsl cənabət qüslüdür ya heyz qüslü ya meyitə toxunmaq qüslü. Niyyəti dil ilə söyləmək də vacib deyil. Yetər ki, insan ürəyində niyyət etsin və qüsl aldığı müddət boyunca nə etdiyini bilsin. Yəni qüsl boyunca kimsə ondan soruşsa ki nə edirsən, düzgün cavab verə bilsin. Bəzən insanlar niyyəti dil ilə deyərkən səhvə yol verirlər. Ya dini biliklərinin az olması üzündən terminləri səhv salırlar, ya da fikirli olduqları üçün çaşırlar. Məsələn, ola bilər ki, qadın cənabət qüslü almağı niyyət etdiyi halda, dildə heyz qüslü aldığnı desin. Yaxud zöhr namazı qılmağı niyyət etdiyi halda, "əsr namazını qılıram" söyləsin. Bu halda onun əməli düzgün sayılır. Dili çaşsa da, ürəyindəki niyyəti nə idisə, o qəbul olur. Bu səhvi çaşqınlıq üzündən edənlərə tövsiyəmiz odur ki, ümumilikdə dini əməlləri yerinə yetirən zaman diqqətli olsunlar.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
390 405 410 376 407 369

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.