reklam
19.01.2022 Gündəlik Bürclər (19 Yanvar 2022 Günlük Bürclər) 19.01.2022 Gündəlik Bürclər (19 Yanvar 2022 Günlük Bürclər) https://mail.loading.az/uploads/posts/2022-01/1642529652_1-1678.jpg
DeliBirHatun

DeliBirHatun özünü 😐 narahat hiss edir Bürclər 19-01-2022, 10:30

19.01.2022 Gündəlik Bürclər (19 Yanvar 2022 Günlük Bürclər)

19.01.2022 Gündəlik Bürclər (19 Yanvar 2022 Günlük Bürclər)
Qoç
Planlaşdırılmamış iş görməyin. Böyük məbləğli alış-veriş məsləhət deyil. Öz səhviniz üzündən xoşagəlməz situasiyaya düşmək ehtimalı da istisna deyil.

Buğa
Bu gün maliyyə məsələlərinin həllində ehtiyatlı olun. Qiymətli hədiyyə alacağınız da gözlənilir. Bu sizi sevindirəcək. Günün tələbi az danışmaqla bağlıdır.

Əkizlər
Günün ilk saatları neqativ təsiri ilə seçiləcək. Narahat olmayın, getdikcə pozitiv emosiyalar özünü göstərəcək. Ev işləri ilə məşğul ola bilərsiniz. Səliqə-səhmana ehtiyacınız var.

Xərçəng
Daxili səsiniz nəyi necə etməkdə doğru yol göstərəcək. Pis vərdişlərlə, zəif cəhətlərinizlə mübarizə aparmaq üçün münasib gündür. Ətrafdakılarla diqqətli davranın, əks halda münaqişə qaçılmazdır.

Şir
Qiymətli hesab etdiyiniz informasiyanı heç kimlə bölüşməyin. Çünki bu gün bütün sirlərinizin faş olacağı gözlənilir. Işgüzar danışıqlarda inadkar olun. Əks halda sizin etibarınızdan istifadə edə bilərlər.

Qız
Bütün işlərin öhdəsindən tez və keyfiyyətli gələcəksiniz. Bu səbəbdən yaxınlarla birlikdə itirahət etmək üçün zamanınız qalacaq. Ehtimal ki, çoxdanki arzunuz reallaşacaq.

Tərəzi
Yeni ideyalarınızı hamı ilə paylaşmağa tələsməyin. Onları reallaşdıra bilməsəniz lağ obyekti ola bilərsiniz. Yalnız etibarınızı qazanan dostlarla planlarınızı müzakirə edin.

Əqrəb
Bu gün çox istəməklə azdan da olacaqsınız. Planlı şəkildə hərəkət edin. Xüsusilə də düşünülməmiş addımlar bu gün üçün arzuedilməzdir.

Oxatan
Az da olsa mübahisələrin yaşanma ehtimalı var. Ətrafdakılarla ünsiyyəti bu günlük məhdudlaşdırın. Sizi sevənləri bu gün mütəəsir edəcəyiniz də istisna deyil.

Oğlaq
Son zamanlar tez-tez dəyişiklik etməklə həyatınıza yenilik gətirməyə çalışırsınız. Evdə dizayn dəyişikliyi aparacaqsınız. Forma dəyişikliyi mənəvi istirahətinizə də müsbət təsir edəcək.

Dolça
Bu gün sizinlə bir kimsə dil tapa bilməyəcək. Bu səbəbdən də hamı sizdən gen durmağa çalışacaq.Başqalarının da qanını qaraltmaqla zəhlətökən olacaqsınız.

Balıqlar
Bu gün sevdiyiniz şəxs diqqət və qayğısını əsirgəməyəcək. Bundan xüsusi zövq alacaqsınız. Bu mövzuda bəziləri sizə həsəd də aparacaq.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
344 354 366 387 307 376

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.