reklam
Romantik Səhər Yeməyi Üçün Krujevalı Ürək Blinçiki Romantik Səhər Yeməyi Üçün Krujevalı Ürək Blinçiki https://mail.loading.az/uploads/posts/2022-01/thumbs/1642311234_romantik-seher-yemeyi-uchun-krujevali-urek-blinchiki.jpg
n2006

n2006 Mətbəx 16-01-2022, 16:30

Romantik Səhər Yeməyi Üçün Krujevalı Ürək Blinçiki

Romantik Səhər Yeməyi Üçün Krujevalı Ürək Blinçiki
Xüsusi günlərinizdə sevdiyinizə romantik bir səhər yeməyi hazırlamaq istəyirsiniz? LoaDinG.Az ürək formasında krujevalı blinçik reseptini təqdim edir.
Tərkibi:
3 ədəd yumurta
2 stəkan un
2,5 stəkan süd
1/2 çay qaşığı duz
2 xörək qaşığı ərinmiş kərə yağı
bişirmək üçün bitki yağı


Hazırlanma qaydası:

Bir qabın içərisində 3 ədəd yumurtanı çırpın. Üzərinə unu, südü və ərinmiş yağı əlavə edib yaxşıca çırpın. Kərə yağı blinçikin daha ləzzətli və yumşaq olması üçün əlavə edilir. Blinçik xəmiri axıcı olmalıdır. Xəmir qatı alınarsa azca su əlavə edə bilərsiniz. Tavaya 1 çay qaşığı maye yağ töküb isidin. Sıxma torbasına xəmiri töküb krujevalı ürək şəkli verib tavada ikitərəfli bişirin.


Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
299 258 252 268 251 236

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.