reklam
İslamda uşağa ad qoymaq haqqı - Kimə Məxsusdur? İslamda uşağa ad qoymaq haqqı - Kimə Məxsusdur? https://mail.loading.az/uploads/posts/2022-01/1641275330_0e2554e5266a44d4940aae36408a3a66.jpg
n2006

n2006 İslam Dini 4-01-2022, 18:00

İslamda uşağa ad qoymaq haqqı - Kimə Məxsusdur?

İslamda uşağa ad qoymaq haqqı - Kimə Məxsusdur?
Cütlüklər arasında mübahisəyə səbəb olan məsələnin İslamda həlli...

Qız və ya oğlan olsun, əlbəttə, fərq etməz, uşağa ad qoyularkən çox vaxt ana və atalar arasında gərginlik yaşana bilir. Mümkün olmursa, cütlüklərin ortaq qərara gəlmələri, hər iki tərəfin də könlünü oxşayan seçim etməsi daha gözəldir. Lakin tərəflər yenə də razılaşa, ortaq məxrəcə gələ bilmirsə, bu zaman islamın uşağa ad qoymaq məsələsində səlahiyyətin anada, yoxsa atada olmasına baxmaq lazımdır.

İslamda uşağa ad seçmək və qoymaq haqqı ataya aiddir. Ata vəfat etmiş və ya hüquqi cəhətdən bu ixtiyarı itiribsə, o zaman bu haqq ananın üzərinə düşür.

Peyğəmbərimizin adı anası tərəfindən seçilmiş, lakin babası Abdülmutalib tərəfindən qoyulmuşdur.

"Uşağa ad vermək səlahiyyəti və haqq ataya aiddir. Quranımız uşaqları ataları ilə anmamızı əmr etməkdədir". (Əhzab surəsi, 5)

Uşaqlara ad qoyarkən nələrə diqqət edilməlidir?

Hz.Peyğəmbərin sünnətlərinə diqqət etdikdə, dünyaya yeni gələn uşağa ya doğulduğu gün, ya da doğulandan sonra 7-ci gün ad qoymaq xeyirlidir.

Hətta hamiləliyin 20-ci həftəsindən əvvəl baş verən düşükdə, ölən uşağın cinsiyyəti müəyyən edilməli və ona ad qoymaq gözəl davranış sayılır. Yox əgər cinsiyyətini müəyyən etmək mümkün olmayıbsa, o zaman həm qız, həm də oğlan uşağına qoyula bilən adlardan birini seçib adlandırmaq lazımdır.

Uşağa gözəl ad vermək çox vacibdir!

Abdullah İbn Ömərin (r.a) rəvayətinə görə, Peyğəmbərimiz Allahın (c.c) ən sevdiyi adları zikr etmişdir: "Sizin qoyduğunuzun ən gözəl adlar Abdullah və Abdurrəhmandır". Digər bir rəvayətə görə Peyğəmbərimiz belə demişdir: "Uşaqlarınıza əsla Yesar (asanlıq, bolluq), Rebah (mənfəət, fayda), Eflah (qurtuluş, qurtuluşa nail olan), Necah (dilədiyinə qovuşan) adlarını qoymayın! Bərəkət adı da qadağan olunan adlar arasındadır. Səbəbi isə "Bərəkət oradadır?" soruşulduqda, "Xeyr" deyiləcək".

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
316 267 324 295 264 332

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.