reklam
Yanvar ayında ən çox yüklənən tətbiqlər məlum oldu! Yanvar ayında ən çox yüklənən tətbiqlər məlum oldu! https://mail.loading.az/uploads/posts/2021-10/medium/1635286087_en-cox-teqbiq.jpg
amon

amon Texnologiya 27-10-2021, 09:00

Yanvar ayında ən çox yüklənən tətbiqlər məlum oldu!

Yanvar ayında ən çox yüklənən tətbiqlər məlum oldu!
Heç şübhəsiz günlük bir çox işimizi mobil tətbiqetmələr vasitəsilə idarə edirik. Xüsusilə mesajlaşma tətbiqləri hazırda həyatımızın əvəzolunmaz bir hissəsidir.

Milyardlarla istifadəçisi olan WhatsApp, cari ilin əvvəlində bütün istifadəçilərə açıqlanan məlumat siyasəti ilə böyük reaksiyalara məruz qaldı. Bu hadisədən sonra bir çox istifadəçi başqa mesajlaşma tətbiqinə keçdi. Bu da ən çox yüklənənlər sıralamasına əhəmiyyətli dərəcədə təsir etdi.

Telegram yanvar ayının ən çox yüklənən tətbiqi oldu.
Sensor Tower tərəfindən verilən məlumatlara əsasən, Telegram 2021-ci ilin yanvar ayında 63 milyondan çox yüklənmə sayı ilə dünyanın ən çox yüklənən oyun olmayan tətbiqi oldu. Bu yükləmə sayı əvvəlki ilin eyni ayına nisbətən 3.8 dəfə çoxdur. Telegramın ən çox yükləndiyi ölkələr siyahısında 24% ilə Hindistan birinci oldu. 10%-lik yüklənmə sayı ilə İndoneziya isə ikinci sırada qərarlaşdı.



Ölkəmizdə də xeyli populyar olan TikTok isə keçən ay 62 milyona yaxın yüklənilmə ilə dünyada ən çox yüklənən oyun olmayan ikinci proqram oldu. Bu tətbiqi ən çox yükləyən ölkələr 17% ilə Çin; 10% yüklənmə sayı ilə ABŞ oldu. Signal, Facebook və WhatsApp, yanvar ayı ərzində dünyanın ən çox yüklənən oyun olmayan tətbiqləri sıralamasında ilk beşlikdə qərarlaşıblar.

Məlumata əsasən, Instagram 2021-ci ilin yanvar ayı ərzində ən çox yüklənən oyun xaricindəki tətbiqetmələr siyahısında altıncı yeri tutarkən; onu Zoom, MX TakaTak, Snapchat və Messenger izləyir.

1 yanvar 2021 – 31 yanvar 2021 arasındakı tarixləri əhatə edən bu hesabata App Store və Google Play Store üçün dünya səviyyəsində yükləmələr daxildir. Əlavə olaraq qeyd edək ki, bu hesabata Apple və Google tərəfindən əvvəlcədən quraşdırılmış tətbiqetmələr daxil deyil. Hesabatlar yalnız yanvar ayında ilk dəfə yüklənən tətbiqlərə görə hazırlanıb.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
258 231 283 222 272 285

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.