reklam
Heç kimi istəmirəm Heç kimi istəmirəm https://mail.loading.az/uploads/posts/2021-03/thumbs/1616583977_loading.az_birileri-seni-sevmeyecek-ve-bu-hic-sorun-degil.jpg
Rehimoffa

Rehimoffa Hekayələr 14-07-2021, 12:00

Heç kimi istəmirəm

Heç kimi istəmirəm
Heç kimi istəmirəm

Heç kimi istəmirəm məni tərk etməyən təkliyimin yanına… Bu gecə və hər gecə susmaq istəyirəm…
Bu böyük kainatda, bu sonsuz qaranlıqda atdığım səssiz qışqırıqlara heç bir qulaq şahid olmasın… Uzaqlara çevirib gözlərimi boş düşüncələrə dalıb eləcə qalmaq…
Heç danışmadan
Heç eşitmədən
Heç görünmədən…
Bu gecə tək qalmaq istəyirəm
Heç bir şey danışmadan insandan, dostdan uzaq…
Məni sevən hər kəsdən gizlənib öz dünyamda öz xəyallarımla qalmaq istəyirəm… Məni sevməyən hər kəsin həyatından itib onları öz dünyalarına buraxıb eləcə uzaqlaşmaq istəyirəm…
Bir mən bir də təkliyim varıq… Məni darda qoymayan bir tək o… Bu gecə və hər gecə uzaq olun məndən, toxunmayın dünyama… Susun nə olar susun… Rahat buraxın məni… Çarə deyilsiniz dərdimə…
Belə deyildim mən.
Bu qəribə halım
Bu həsassızlığım
Bu həmdəmxəyallığım
Bu tündxasiyyətliyim
Bu təkliyim…
Hamısı səndən qaldı… Daşımaq məcburiyyətində buraxdın bu yükü mənə… Bu mənəmmi?.. Deyiləm!
Nə varsa könlümdə sən aldın apardın yar
Bu kədər mənə səndən yadigar…
Sonu gəlməz… Bitməz… Tükənməz…
Bir sən var idin məndə birdə mən… Sən özünü aldın getdin… Mən ele bildim qalaram halbuki çoxdan sənə dolanmışam… Səninlə getdim heç anlamadan.Çəkib apardın…
İçimdə ağlayan bir uşaq buraxdın yar
Bu ağrı mənə səndən yadigar…
Və qalan budur…
Ağlayan sızlayan kiçik bir uşaq…
Amma bitdi artıq gözyaşı yığılmır gözlərimdə…
Bu ağrı artıq yalnız ürəyimdə və gözlərimdə deyil…
Bütün bədənimdə…

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
217 200 242 234 250 211

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.