reklam
Ramazan ayının əməlləri Ramazan ayının əməlləri https://mail.loading.az/uploads/posts/2021-04/thumbs/1618347470_loading.az_screenshot_20210413-235559_samsung-internet.jpg
ÊLfidÂ

ÊLfid İslam Dini 14-04-2021, 10:00

Ramazan ayının əməlləri

Ramazan ayının əməlləri
• Qüsl etmək,

• Çoxlu Quran oxumaq,

• İftar etmək. Şam namazını qılıb sonra iftar etmək müstəhəbdir, lakin zəiflik ona qələbə çalmasa və onu gözləyənlər yoxdursa,

• Haramdan, şübhədən pak ruzilərlə iftar açmaq,

• İftar vaxtı nəql olunmuş duaları oxumaq,

• Hər kəs birinci tikəsində:

"Bismilləhir-Rahmənir-Rahim, ya vasiəl məğfirəti iğfir li" deyərsə, Allah-Taala onun günahlarını bağışlayar,

• İftar və obaşdanlıqda "Qədr" surəsini oxumaq,

• Sədəqə vermək. Oruc tutanlara ya bir xurma, ya da bir içim şərbətlə belə olsa, iftar vermək,

• Hər gecə min dəfə "Qədr", yüz dəfə "Duxan" surələrini oxumaq,

• Hər gecə məğribdən sonra "Həcc" duasını oxumaq,

• Peyğəmbərə (s) hər gün yüz dəfə salavat göndərmək.

• İmam Hüseyni (ə) ziyarət etmək,

• İki rükət namaz qılmaq, hər rükətdə "Həmd" dən sonra "Ən'am" surəsini oxumaq və ya birinci rükətdə "Həmd" dən sonra "Fəth" surəsini, ikinci rükətdə "Həmd" dən sonra istənilən bir surəni oxumaq.

• "Cövşən Kəbir" duasını oxumaq.


Mənbə:"Məfatihul-Cinan", s.394, 395, 396.


Ramazan ayının hər gecəsi bu iki rəkət namazı qılmaq müstəhəbdir:

Bir dəfə Həmd və üç dəfə İxlas surəsini oxuyub salamlardan sonra təsbihati ərəbəəni yeddi dəfə desin.

▪︎ Təsbihati ərbə və tərcüməsi

Subhanəllahi vəlhəmdulillahi və la ilahə illəllahu vəllahu əkbər.

-Uca Allah pak və münəzzəhdir, həmd-səna yalnız Ona məxsusdur.
Allahdan başqa tanrı yoxdur və Allah vəsf edildiyindən daha böyükdür!


▪︎ Sonra bunu oxusun:

Subhanəkə subhanəkə subhanəkə, ya əzimu iğfirliyəz zunubəl əzim.

- Paksan sən, paksan sən, paksan ey Əzəmətli Allah, mənim böyük günahlarımı bağışla...

▪︎Sonra on dəfə Peyğəmbərə(s) və pak ahli beytinə(ə) salavat göndərsin.

Allahummə səlli əla Muhəmməd və Ali Muhəmməd...

Hər kim bu iki rəkət namazı qilsa Allah onun yetmiş min günahını bağışlayar.

"Məfatihul Cinan" kitabı

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
396 351 369 357 376 315

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.