reklam
Xiaomi-nin ilk elektromobili barəsində yeni məlumatlar verilib Xiaomi-nin ilk elektromobili barəsində yeni məlumatlar verilib https://mail.loading.az/uploads/posts/2021-04/thumbs/1617913943_loading.az_xiaomi-nin-ilk-elektromobili-baresinde-yeni-melumatlar-verilib6419.jpg
Bumerang

Bumerang Texnologiya 9-04-2021, 01:00

Xiaomi-nin ilk elektromobili barəsində yeni məlumatlar verilib

Xiaomi-nin ilk elektromobili barəsində yeni məlumatlar verilib
Bir neçə müddət bundan öncə Xiaomi şirkətinin keçirtmiş olduğu irimiqyaslı təqdimat tədbiri çərçivəsində şirkətin yaradıcısı və CEO-su Lei Jun rəsmi şəkildə elan etmişdi ki, Xiaomi elektromobil istehsalı ilə məşğul olacaq. İndi isə o, Çinin Weibo sosial şəbəkəsində istifadəçilər arasında elektromobil barəsində sorğu keçirdib. Beləliklə istifadəçilər arasında aparılmış sorğuya əsasən məlum olub ki, şirkətin ilk elektromobili idman tərzində olmamalıdır. Lei Jun-un sözlərinə əsasən ilk Xiaomi elektromobili ya sedan ya da crossover olacaq.

Lakin Çində Tesla Model Y modelinin yüksək dərəcədə məşhur olduğunu nəzərə alaraq böyük ehtimal ilə Xiaomi-nin ilk elektromobili məhz crossover tərzində olacaq. Elektromobilin qiymətinə gəldikdə isə şirkət CEO-su qeyd edib ki, söhbət, 15.000$-dan 45.000$-a qədər olan qiymət aralığından gedir. Bununla belə sorğuda iştirak etmiş istifadəçilərin əksəriyyəti 15.000$-dan yüksək qiymət göstəricisi ilə razıdır. Bu isə o deməkdir ki, Xiaomi elektromobili ya büdcəli ya da orta büdcəli model olacaq.

Maraqlısı ondadır ki, avtomobilin gövdəsinə Xiaomi loqosunun yerləşdirilib-yerləşdirilməməsi məsələsində istifadəçilər yekun bir qərara gələ bilməyiblər. Lei Jun bildirib ki, şirkət hal hazırda elektromobilin Xiaomi brendi altında və ya tamamilə yeni brend altında istehsalı barəsində düşünür. Qeyd etmək lazımdır ki, Xiaomi yaxın 10 il ərzində bu sahəyə külli miqdarda investisiyalar yatırmağı planlaşdırır. Şirkət ilkin olaraq sözügedən layihəyə 1.53 milyard dollar investisiya yatıracaq. Xiaomi-nin ilk elektromobilinin nə zaman satışa çıxacağı barəsində bir məlumat yoxdur.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
306 260 330 300 318 322

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.