reklam
Qəlb Nurani Qəlb Nurani https://mail.loading.az/uploads/posts/2021-03/thumbs/1617069228_loading.az_img_20210330_055321.jpg
beybala_beybala

beybala_beybala İslam Dini 30-03-2021, 09:54

Qəlb Nurani

Qəlb Nurani
Qəlbin nurani olması üçün bir çox yollar vardır ki, onlarla tanış olaq:

1. Elm və hikmət. İmam Əli (ə) buyurur: “Qəlbini moizə ilə dirçəlt və onu hikmətlə aydınlat”. 2. İman. İmam Əli (ə) buyurur: “İman qəlbdə ağ nöqtə əmələ gətirər. İman hər nə qədər çox olarsa, həmin nöqtə böyüyər”. 3. Yəqin. İmam Əli (ə) buyurur: “Yəqin – nur və aydınlıqdır”. 4. Düşünmək və ağlamaq. İmam Sadiq (ə) buyurur: “Qəlb aydınlığını axtardım və onu ağlamaqda və düşünməkdə tapdım”. 5. Gecə namazı qılmaq. Həzrət Peyğəmbər (s) buyurur: “Namaz nurdur”. İmam Sadiq (ə) buyurur: “Gecə namazı simanı aydın və nurani edər. Gecə namazı insanı xoş ətirli edər. Gecə namazı ruzi gətirər”. 6. Az danışmaq. İmam Əli (ə) buyurur: “Çoxlu sus ki, düşüncələrin bar versin, qəlbin aydınlansın və insanlar sənin əlindən amanda olsunlar”. 7. Allahın tək olmasına etiqad bəsləmək. Həzrət Peyğəmbər (s) buyurur: “Dörd şey vardır ki, əgər hər kimdə olarsa, Allahın əzəmətli nurunda qərq olar. Onlardan biri ona şəhadət verməkdir ki, Allahdan başqa məbud yoxdur və mən Allahın rəsuluyam”. 8. Dəstəmazlı olmaq. Davamlı olaraq dəstəmazlı olmaq qəlbi nurlandırar və ruhu pak saxlayar. (Həvzəh)

9. Nur mənbəyi olan Allah Təalanı zikr etmək. Allahı yada salmaq və zikr etmək qəlbi nurani edər.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
288 282 303 325 228 334

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.