reklam
HƏR KƏSDƏN ÖNCƏ SƏN. BÖLÜM 25. HƏR KƏSDƏN ÖNCƏ SƏN. BÖLÜM 25. https://mail.loading.az/uploads/posts/2021-01/thumbs/1611599324_loading.az_picture1611344453333.png
ParadiseSark

ParadiseSark Hekayələr 25-01-2021, 23:00

HƏR KƏSDƏN ÖNCƏ SƏN. BÖLÜM 25.

HƏR KƏSDƏN ÖNCƏ SƏN. BÖLÜM 25.
25-ci bölüm..
-----
Kənan'dan..
Nazlını qollarım arasına alıb maşına apardım. Burnundan axan qan artmışdı. Əllərim, köynəyim qan idi. Ürəyim dözmürdü, əllərim əsirdi. Ona yeni qovuşmuşdum, məndən heç kəs ala bilməzdi Nazlımı. Gecənin sonunu belə təsəvvür etmirdim. Maşının sürətini artırıb ən yaxın xəstəxanaya yol aldım. Nazlını öpdüyüm an ağlıma gəldi. Aşiq olduğum mələk, səni buraxmaram. Arxadan maşın siqnalının səsini eşitdim. Maşının güzgüsündən Kərim olduğunu gördüm. Kərimin gerçəyi bu şəkildə öyrənməsi ürəyimcə olmamışdı. Hazırda ən mühüm məsələ Nazlı idi..Xəstəxanaya çatıb Nazlını qucağıma aldım. Qarşıma çıxan tibb bacısından kömək istədim. İlk tibbi yardım edilsə də Nazlı hələ özünə gəlməmişdi. Xəstəxana koridorunda bağırtım əks-səda verdi. Çiynimə toxunan əl ilə sarsıldım. Kərim idi.. Qolumdan tutub ayağa qaldırdı: "Sakitləş, Kənan. Həkim gəlib."
Bir söz deməyib başımı silkələdim. Az sonra Anam və Nazlının atası da xəstəxanaya gəldi. İndi ikisinin də burada olması faydasız idi. Əsəblə onlara baxdım. Kərimə görə sakitləşməyə çalışıb həkimi gözlədim.. 1 saatdan artıq idi ki, Nazlı palataya yerləşdirilmişdi. Otağa keçə bilmirdik. Atamın Nazlı haqda dediyi sözü xatırlamışdım: "Azad əməliyyat otağında can verəndə.. bizi buraxmadılar. Biz valideyn ola-ola orada dayandıq. Ancaq Nazlı.. Nazlı heç kəsə məhəl qoymayıb Azadın yanına getdi."
Uzaqdan zəif görünən bu cəsur və saf qız məni özünə heyran etmişdi. O, hər şeyin ən Yaxşısına layiq idi. Kərim qoluma toxunanda ona baxdım.
-Həkim gəlir.
Cəld həkimə tərəf gedib Nazlının necə olduğunu öyrəndim.
Həkim: Xəstənin yaxını sizsiz?
Mən: Bəli.
Həkim: Zəhmət olmasa, otağıma keçək.
Həkimin ardınca getdim: "Nazlı,yaxşıdır?"
Həkim: Narahat olmayın, özünə gəldi. Sakitləşdirici iynə vurulub. Hər şey nəzarətimiz altındadır.
Mən: Onu görə bilərəm?
Həkim: Hələ ki,yox. Xəstə psixi sarsıntı keçirib. Xəstədə oksigen çatışmazlığı var. Zənn edirəm ki, bir neçə dəfə də psixi sarsıntı keçirib. Xəstəlik xronikiləşməmiş müalicələrə başlamalıyıq.. Şanslısız ki,xəstəxanaya tez gətirmisiz. Əks halda komaya düşə bilərdi.
Mən: Nə lazımdırsa edəcəm.
Həkim: Müalicə olunsa yaxşı olacaq. Bu reseptdə yazılan dərmanları alın.
Mən: Burnu çox qanamışdı.
Həkim: Bu yüksək təzyiqə görədir..Təlaşlanmağa ehtiyac yoxdur.
Mən: İcazə verin, onu görüm.
Həkim: Yaxşı, ancaq 5 dəqiqə..
Otağa keçib Nazlının başı üstündə dayandım. Əllərimlə toxunmaq istəsəm də bacarmadım. Qoluna batırılan iynəni gördükcə ürəyim sızıldayırdı. Susaraq ağarmış, solğunlaşmış simasını izlədim. Onu bu halda görməyə dözə bilmirdim. Yanağım boyunca axan göz yaşımı sildim. Sevdiyim qadın üçün ağlayırdım. Nazlının alnından öpüb otaqdan çıxdım. Kərim qapının yanında dayanmışdı. Sual dolu baxışlarla üzünə baxdım.
-Anamgil getdilər. Sabah yenə gələcəklər.
Bir söz demədiyimi görəndə sözə başladı: "Nazlı.. oyanmayıb?"
Mən: Yox.
Kərim dərin nəfəs aldı: "Kənan, Yeri deyil bilirəm. Ancaq..hər şeyi eşitdim"..
Nə deyəcəyimi bilmirdim. Yenə susmağı üstün tutdum.
Kərim: Biz qardaşıq. Amma necə??Bilmədiyim başqa nə var? Bir söz de. Susma..
Mən: Bilmirəm, Kərim. Haradan başlayım, necə deyim...
Kərim: Necə lazımdırsa elə də danış. Lap başdan..
Mən: Sənin ana dediyin o qadın.. məni hələ uşaqkən tərk elədi. Atamın qürurunu yerlə bir etdi.. Sonra atamla yeni həyata başladıq. Evimizi dəyişdik, atam evləndi. Bir qardaşım doğuldu..Azad.. O qadın məni həyatdan elə soyutmuşdu ki sevginin nə olduğunu unutmuşdum. Azada qardaş kim qayğı göstərə bilmədim, sevgimi bəxş etmədim. 4 il əvvəl onu maşın qəzasında itirdik.. Onun dəfninə belə çata bilmədim. Qürbətə qaçmışdım məni incidən hər kəsin əlindən...Mən də qardaş olduğumuzu yeni öyrənmişəm. Nazlı mənə sizlə görüşdüyünü, ananın danışdıqlarını..hər şeyi dedi... Bilirsən ən qəribəsi odur ki mən ona "Ana" deyə bilmirəm..bilməyəcəm...
Kərim: Anlamıram. Heç nə anlaya bilmirəm... Axı bu necə ola bilər?
Mən: O qadının etdiyi səhvin cəzasını mən çəkdim, Kərim.. Mən.. Qarşında dayanan adam.. Hə.. Adımı o vermişdi mənə "Ayaz".. (Kinayə ilə gülümsədim). Nə vaxt ki özümü dərk elədim... Onun verdiyi adı da üstümdən atdım... O evdən gedəndə çox balaca idim.. Ona ən ehtiyacım olan zaman atdı məni... Ancaq gedəndə səni apardı o evdən. Özü də bilmədən.. İndi anlayıram, heç olmasa sənin varlığınla təsəlli tapıb.. Geri qayıtmağa üzü olmayıb, həyatına davam edib.. Keçən dəfə onu görəndə qəzəblənməyim buna görə idi.. İndi hər şeyi bilirsən... Biz doğma qardaşıq, anamızın düşüncəsiz hərəkətinə görə bir-birimizdən ayrı düşən iki doğma qardaş..
Kərim divarı yumruqladı : "Allahım, Allahım.. Bu nədir başıma gəlir. İllərdir qardaşımın olduğundan xəbərsiz yaşamışam."
Kərimə yaxınlaşıb əlimlə kürəyinə toxundum: "Mənim balaca qardaşım, Azadı itirdim..Səni də itirmək istəmirəm".
Kərimlə qucaqlaşdıq. İllərin həsrəti bu gecə bitmişdi. Çiynimdəki yükdən qurtulmuşdum...

25-ci bölüm sonu.

Müəllif-ParadiseSark

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
193 205 194 204 203 201

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.