reklam
♡~...Mənim Hekayəm ...~♡ (səs verməyə stop qalibimiz bəlli oldu 😊) ♡~...Mənim Hekayəm ...~♡ (səs verməyə stop qalibimiz bəlli oldu 😊) https://i.imgyukle.com/2021/01/24/HcVTcj.gif
Gulusum

Gulusum özünü 😍 sevimli hiss edir. Layihə 27-01-2021, 01:30

♡~...Mənim Hekayəm ...~♡ (səs verməyə stop qalibimiz bəlli oldu 😊)

♡~...Mənim Hekayəm ...~♡ (səs verməyə stop qalibimiz bəlli oldu 😊)
Salam əziz LoaDinG.az Userleri 😁 Necəsiniz...? Tamam tamam biliyim hep iyisiniz 😁😍 Evet şimdi sıra "Mənim hekayəm" layihəsində səs vermede ifinim 😁 Kurallarimizi hatırlayalım 🤭 Öz hekayənizə səs vermək olmaz ! 😁 Yalnız bir hekayəyə səs verə bilərsiz !😁 Səsi verib sonra ay ifinim ben buna səs vermicekdim deyib şərhi dəyişmək olmaz ! Başqasından səs istəmək olmaz !😁 Anlasildiysa blush Hadı geçelim xəbərə😍

♡~...Mənim Hekayəm ...~♡ (səs verməyə stop qalibimiz bəlli oldu 😊)


ELFİDA
1_Günlərin bir günü qurbağalar yarışa çıxdılar. Məqsəd hündür bir qalaya dırmaşmaq idi. Qala çox hündür olduğu üçün heç kim qurbağaların ora çıxacağına inanmırdı. Hətta bəziləri, “Boş yerə zəhmət çəkirsiniz. Onsuz bu qalaya çıxa bilməyəcəksiniz”, — deyə qışqırırdılar. Və çox keçmədi ki, qurbağalar yorulub bir-bir yarışdan çıxmağa başladılar. Təkcə bir qurbağadan başqa… O nə olursa-olsun, ümidini itirmir, inadla qalaya dırmaşmağa çalışırdı. Çox keçmədi ki, bu qurbağa qalaya dırmaşdı. Ətrafdakılar heyrətlə onu alqışlamağa başladılar.” Sonra da yanına gəlib buna necə nail olduğunu öyrənmək istədilər. Qurbağalardan biri ondan: “Bu çətin işin öhdəsindən necə gəldin?” – deyə soruşdu. Ancaq qurbağadan cavab gəlmədi. Qurbağa sualı bir də təkrarladı. Ancaq hələ də cavab yox idi. Qurbağa sualı neçə dəfə təkrarlasa da, yenə cavab ala bilmədi. Çünki… Çünki qurbağa kar idi!..
-Ətrafdakıların mənfi rəylərinə qulaq asmasanız isdədiyiniz uğura gecdə olsa çatacaqsınız




Kənan Heydərov
2_ Qədim zamanlarda bir birilərini dəli kimi sevən 2 sevgili varmış.Bunlar hər zaman deyərmişlər gülərmişlər. Zaman keçir və bunlar artıq yavaş-yavaş evlənmək barəsində düşünməyə başlayırlar. Amma ondan qabaq hələ oğlanın 5 il müddətinə xaricə getmək məsələsi ortaya çıxır. Oğlan fikirləşir, fikirləşir, axırı sevgilisi ilə görüşür və ona bu sözləri deyir:
'Sevgilim, 5 il bilirsən ki az müddət deyil.Çox şey ola bilər 5 ilə. Bilmirəm, bəlkə sən mənə olan sevgindən vaz geçəcəksən, bəlkə də mən, bəlkə də hər ikimiz. Bəlkə də zaman və məsafə bizim sevgimizə heç təsir etməyəcək, bilmək olmaz.' Bu an qız oğlanın sözünü kəsərək 'Mən səni ömrümün sonunadək sevəcəm'-deyir.Oğlan cavabında 'Gülüm, heç kəs 1 il və ya 5 il sonra nə olacağını əvvəlcədən deyə bilməz. Sən deyirsən 5 il də keçsə sevərəm səni görmədən. Bu, sadəcə olaraq sənin indi üçün olan fikrindi.Mən də indi elə fikirləşirəm, ama həqiqətən də 5 ilə sevgi qalarmı bir birimizi görməsək, onu nə yazıq ki heç birimiz deyə bilmərik. İndi mən sənə söz verim ki 5 il sonra mən yenə də səni sevəcəm və biz evlənəcəyik. Sən də evdəcə otur məni gözlə, hamı da sənin sevgilin olduğunu bilib sənə elçi gəlməsin. Mənimsə 5 il sonra tutalım sənə olan hisslərim bitdi və aydındır ki onda biz evlənməyəcəyik… Onda mənə deməzsən ki, bunu o vaxtdan deyərdin də mənə?!!! Ona görə də sənin ömrünün 5 ilini deyil yalnız 1cə ilini daha istəyirəm. 1cə il məndən cavab gözlə,mən əgər görsəm ki 1 ilə sənə olan sevgim dəyişmir.Onda 5 il ərzində özümdən arxayın olaram ki səni həmişəlik sevəcəm. Hə,deməli belə, mən düz 1 il sonra sənə böyük bir buketdə gül göndərəcəm. Bütün gülləri sayarsan,əgər güllərin sayı 100 olsa 'məni 4 il də gözlə, sən mənimsən yenə də' anlamını verəcək 100 gül. Ama əgər 1cə dənə olsun gül əksik olursa, məsələn, 99 olsa o deməkdir ki artıq mənim sənə olan sevgim bitibdir,gözləmə artıq,öz həyatını qur...' Oğlan bu sözləri deyir və qızın alnından öpüb yola düşür...

Beləcə oğlan gedir əsgərliyə,yavaş-yavaş əsgərliyini çəkir və 1 il gəlib keçir. Oğlan söz verdiyi kimi qıza bir buket gül və içində də bir kağız göndərir.Buket qıza çatdırılır. Qızın az qalır ürəyi partlaya o an. Fikri təbii ki o güllərin sayında olur,tez elə bayırdaca yolun ortasında başlıyır gülləri saymağa.İ lk dəfə sayır ürəyinə həmən iynələr batır,çünki ilk saydığında 99 dənə sayır. Özünü topluyub rahatlaşıb bir daha sayır ki bəlkə həyəcandan səhv saya.Oturub yerə rahat-rahat yenə başlayır saymağa. Ama nə yazıq ki sayı yenə 99 dənə eləyir. Beləcə qız dəfələrlə sayır,başqalarına da saydırır,ama sayı yenə 99 olur.Nəhayət,vəziyyəti anlayır və özünü yerə çırparaq ağlamağa başlıyır.Sora təxmini 1 ay sonra özünə gəlir… Olanlardan xəbər tutmuş bunu sevən başqa oğlan buna elçi gəlir.Elə onunlaca evlənməyə razılıq verir.Və beləcə də oğlanı ürəyində o biri oğlanla reallıqda isə bu oğlanla yaşamağa başlayır.Bu axınla 4 il də keçir,və 5 il necə deyərlər gəlib keçmiş olur.Oğlan ilk olaraq qızın axtarışlarına başlayır.Qızı tapır,və qız ondan niyə gəldiyini soruşur.

Oğlanınsa hələ xəbəri yoxdu ki bu artıq evlidi.Oğlan deyir necə yəni sevgilim,bu nə deməkdi ki niyə gəlmisən.Bunu demişdi ki o tərəfdən 3 yaşında bir oğlan bu qıza səslənib 'ana,acam' deyir...Bu an oğlanın sanki ürəyinə iynələr sancılır,vəziyəti dərhal anlayır.V ə sanır ki sadece olaraq qız bunu 5 il gözləmək istəməyib,sevməyib bunu, başqasını sevib evlənib. Oğlan üzünü çevirib oranı tərk etmək qərarına gəlir.

Amma sonra ürəyi dözmür və 1cə dənə sual verir ki 'Nə zaman unutdun məni?' Qız ağlayaraq deyir ki 'Sən heç nə dediyini bilirsən?Sən deyildin mənə 99 gül göndərən,insafsız,indi də gəlib özünü bilməməzliyə qoyursan?!!' Oğlan bir anlıq susur,fikirləşir.Sonra hər şeyin niyə belə olduğunu başa düşür. Qıza deyir: 'Sən niyə o kağızı açıb oxumadın axı!' deyir və özünü saxlaya bilmir ürəyinin ağlamasını gözlərində də göstərir. Qız isə tez içəri qaçır,bu müddət ərzində qoruyub saxladığı o gül buketini açır və içindən həmən oğlan deyən kağızı tapır. Kağızda yazılanı oxuyur: 'Bir an belə fikrimdən çıxmayan sevgilim, söz verdiyim kimi gülləri göndərdim.Say bunları, bircə şeyi unutma ki 100cü gül dünyadakı güllərin ən gözəli,ən təravətlisi olan elə Sən özünsən...'
Bu an sanki bütün dünya qızın başına yıxılır, heç nəyin geri qayıda bilməyəcəyini anlayıb bu əzabdan qurtarmağın yolunu bircə özünə qıymaqda görür. Əlinə bıçaq alıb özünə batırmaq istəyəndə birdən çöldən qışqırıq səsləri gəlir:'Burda biri özünü öldürüb ay millət'.Qız bunun kim ola biləcəyini dərhal anlayıb tez bayıra qaçır… Ama nə yazıq ki artıq gecdi, oğlan artıq sevən ürəyinə mismar sancmışdı. Bu an qız da tez o mismarı çıxardıb özünə sancmaq istəyəndə oğlu gəlib anasını qucaqlayaraq 'etmə ana' deyir.Anası sevgilisinin adını vermiş oğlunun bu hərəkətinə görə mismarı əli gəlmir ürəyinə batırsın. Götürüb gözlərinə batıraraq: 'Sizsiz hər şeyin günahkarı!' deyir.Və beləcə də bir birini dünyalar qədər sevən bu 2 cavan bir birinə qovuşa bilmir.Biri torpağın altında qaranlıqda yatır,biri isə üstündə qaranlıq dünyasında yaşayır... 





Ayaska
3_ Təmiz ve gozel qelbli tenha
yawayan bir adam varmiw. Bir
gun o bir barama tapar.
Baramanin icinde kicik bir tirtil
varmiw. Adam bu tirtili cox sever
onunla butun tekliyini, butun
sevgisini paylawar. Vaxt kecer,
tirtil boyuyer, gozel bir kepeneye
cevriler. Adam kepeneye heyran
olar ve buraxa bilmez onu hec
cur. Eslinde kepeneyin aglinda
daglar, yawilliqlar, cicekler vardi,
amma hec cur qiya bilmez
adama ve sevgisine tek buraxa
bilmez onu. Uc gunluk omrunu
sevildiyi ve sevdiyi yerde
kecirmeye hazirdir. Amma adam
biler ki, sevmek bezen imtina
ede bilmekdir... Kepeneyine son
defe baxar ve onu yollayar
azadligina, collerine, ciceklerine
dogru. Kepenek xowbext
olmasina xowbext olar, amma
hec bir gul, hec bir cicek yarpagi,
hec bir cemenlik adamin
ovcunun istiliyini xatirlatmaz.
Aglinda o adam, o cicek senin,
bu cicek menim saatlarca gezer.
Adam kepeneye olan
sevdasindan baxib dayanar
bowluguna. Kepenekse hele
qonulacaq isti bir ovuc
axtarmaqdadir... Amma kepenek
ne qeder axtarsa da bu isti
ovucu tapa bilmez... Pewman
olar, geri donmeye qerar verer.
Sahibinin yanina geler. Sahibi
onu gorcek ovcunu acar,
yeniden isti elleri ile sevgisi ile
kepeneyini isider. Lakin birden
gozleri dolar. Artiq qisa omurlu
kepenek gozlerini ebedi
yummuwdu. Yummuwdu amma
sevdiyinin isti ovucunda,
xowbext...
Dogrudan da bezen imtina ede
bilmekdir-Sevgi. Bu sevgi ucun
bir imtahandir. Esl sevgi mutleq
size geri donecekdir. Cunki insan
sevginin deyerini sevdiyini
itirdiyinde anlayar. Ne olur olsun
hec vaxt sevdiyinizden,
sevginizden vaz kecmeyin





Gülüş səbəbim
4_Bu hadisəni bir dostumdan eşitmişdim.Dostumun evində televizor xarab olur.Və televizoru təmir etmək üçün gələn usta televizorun arxasını açır.Ancaq gördüyü mənzərədən özünü saxlaya bilməyərək gülür.Çünki televizorun arxası çörək qırıntıları ilə dolu idi və sözsüz ki bunu evdəki 4 yaşlı qızcığazdan başqa heç kim edə bilməzdi.Bəlkədə bu hadisə hər hansı birimizin evində baş versə idi tez özümüzdən çıxar və həmən uşağı elə ustanın yanındaca cəzalandırardıq.Ancaq dostum heç halınıda pozmur.Və usta gedəndən sonra uşaqla danışır.Öyrəndiklərindən sonra isə oturub hönkürə-hönkürə ağlamağa başlayır.Heç demə uşaq televizorda xəbərlərdə verilən ac uşaqları gördükcə mətbəxdən çörəkləri gətirib və televizorun arxasındakı deşiklərdən içəri atırmış






Bumerang
5_ Mənim hekayəm 15 yaşından başlayır.Elə bir hekayə ki,necə olduğunu hələ anlamıram!15 yaşındaydım.O,həm məktəb ,həm də məhəllədə qalan bir tanışım idi.Başlanğıcda sadəcə bir tanış,mən elə də zənn etmişdim sonra nece oldu anlamadım,özünü sevdirməyi bacardı.Sevdim doğurdan da çox sevdim,amma bunu ikimiz də bir-birmizə deyə bilmirdik.Mən də qız olduğum üçün təbii ki,ondan gözləyirdim...
1 il sadəcə baxışlamızla sevdiyimizi demədən keçdi.Bir gün səhər duranda məni başqa birisi üçün istəməyə gələcəklərini öyrəndim,buna qarşı çıxdım,yalvardım amma dinləmədilər.Gələnlər varlıymış,məni xoşbəxt edəcəkmiş,pulsuz həyat olmazmış...Yalvardım,yaxardım amma döndərə bilmədim fikirlərini .Atasız olmağmın acısıyla məni onunla nişanladılar.Ölmək istədim amma edə bilmədim... sevgi asandır deyənlərBəs,o nə etdi?..Gözlərimə baxmadı artıq,onu sevmədiyimi düşündü yəqinki.Amma mən yenə mənə sahib çıxar deyə gözlədim amma olmadı.Toy günüm (mənim üçün ölüm günüm) gəlmişdi artıq.Toya gəlmədi? deyə düşünəcəksiniz,gəldi.Çox uzun bir vaxtdan sonra ilk dəfə idi ki,görürdüm.Saç-saqqal bir-birinə qarışmışdı,axırıncı dəfə gözlərimin içinə baxdı: "xoşbəxt ol" dedi və getdi...Mənim üçün artıq hər şey bitmişdi,yanımda bir yadla yeni həyata başlamışdım.İllər keçdi,uşaqlarım da oldu,onlar mənə bəlkə hər şeyi unutdurdu amma onu əsla...
İllər sonra onu gördüm,mənə isə sadəcə olaraq: "Səni nə qədər çox sevdiyimi deyə bilmədim,kaş ki,deyə bilsəydim..." dedi.
Sonradan öyrəndim ki,heç kimlə evlənməyib,heç unutmayıb,bir gün sevdiyini deye biləcəyi günü gözləyib...Nə olardi ki,bu illər əvvəllər olsaydı,yanımda o olsaydı,uşaqlarmın atası o olsaydı... Pul ilə xoşbəxtlik olur deyənlərə son sözüm.Əgər qəlbin bir başqasına aiddirsə,dünyanın ən zəngini olsan belə yenə fayda verməz...
ALLAH heç kimi sevdiyindən ayırmasın.AMİN!





KiBrLi PrEnS
6_Bir gun Bakiya gəlmisdim , tanimirdim oraLari.Sabirabad adlanan bir sehere getmisdim qohumum vardi orda galirdm.orda cay icmeye getdim,Bir xanim geldi dirdi belke oran Sahibi Menem,Mene edi Cay Getirin Mene Məndə özümdə onada çay aldım dedim mən buranin işçisi deyilem.iki uc gun keçdi bunla daha da yaxın olduğ Getdikcə Sevdik Bir-birimizi . Her gece Yatarken Zəng edib Nefesimizi esitirdiy Sabaha Kimi Nefes Nefese Yatırdığ o Telde Mənim nefesimi eşidirdi Məndə onun.Cox qisqanc idi Herşeye qisganardi, dalasanda Danışmırdiq Diye Nefesimi almırdi diye Sabaha Kimi ikimizdə online oLurduq.EsgerLiy vaxtım Yaxınlaşdı Gəldim Irana Askerlikte Buna her gün imkan olduqca zəng edib danisirdim. Onunda Menimde ailem bilirdi.esgerden gelmeyime 15 gun qalirdi.sora Zəng elədim teLi açmırdı ozu Sora vurdu dedi Papam məni Başqasına Verir Deyir iranlı oğlana Səni verə bilmərəm.
Dedim nolarrr 15 gun Gozdee Bu işi Uzat Bir şeyler et gelecem qaciram.esgerden gəldim Korona virus düşdü Ortaya Yollar həryan Baglandi.Gedib sevdiyimi ala bilmedim
illərdi Telinə Zəng edirəm helede zəng çatmir.bir ara inistada yazdı Məni oğlan qacirib ağzımı açıb Bir Söz deyirəm Papam deyir Atalığı haqqımı sənə halal etmərəm çarəsizəm gel meni apar Gacag gedek.fəqeT Yollar açıq deyildi, göz yaşı içində Nubahimmm Diye Bağırdım, dərdimə dərman Tapa biLmədim.səs atdiki agliyarag dedi ki Hərgün azan Verilən Kimi yadıma düşürsən Səni bağışlamaram Məni Başqasına ellerinle Vermiş oldun o Günden sonra Xəbər ala bilmedim, bilmirəm necədi hardadı
O qeder Çarəsizəm ki Ele ürəy Xəstəsi Tutmuşam Ki Hər anım olumdu.. Canım çox yanır Axı Tanrım niye bizi ayrı saldı, Axı Niyə Bizi ayirdiLar.Canim Çox agriyir . Daha dözümüm Yoxdu...
Bir tek şekli qaldi Məndə Xatirə Hərgün baxibda Toxunda bilmədiyim, Nefesini aLa bilmədiyim, Göz yaşlarım onun şəkildəki Gözlerine Tökülən,Bir Şəkli qaldı, Hərgün Baxibda məhv olduğum.
 




P.s Qalib "Gülüş səbəbim" yəni mən oldum 😂 Səs verən və şərh yazan hər kəsə təşəkkür edirəm 💚

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
434 368 389 458 418 413

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.