Atalar sözüdür: “Qılınc yarası sağalar, amma dil yarası sağalmaz”. Həm İslam Peyğəmbərindən (s), həm də Həzrət Əlidən (ə) rəvayət edilən hədisdə buyurulur: “Dil yarası qılınc yarasından daha ağırdır”.
Həqiqətən, dil insanı həm ən şərəfli hünərlərə aparmağa, həm də ən alçaq cinayətlərə sürükləməyə qadirdir. Düz deyiblər ki, “söz var dağa qaldırar, söz də var dağdan endirər”. Dillə Quran oxunar, xeyir-dua edilər, zikr deyilər, elm öyrədilər. Bunun sayəsində könüllər nurlanar, evlər abad olar, savab qazanılar. Amma eyni zamanda dillə qeybət edilər, söyüş söyülər, yalan danışılar, iftira atılar. Bununla qəlblər qırılar, evlər dağılar, qanlar tökülər, insanlar cəhənnəm alovuna yem olar. İmam Əli (ə) dilin bu kimi fəsadlarını nəzərdə tutaraq, müsəlmanlara nəsihət verirdi: “Nə çoxdur elə kəlmələr ki, nemətin qarşısını kəsib. Pulunuzu kisənin içində saxladığınız kimi, dilinizi də ağzınızın içində kilidləyin”.
Bəzən Şeytanın əlində dilimizin zəhərli ilana döndüyünün fərqinə varmırıq, “bir sözlə nə olacaq ki” düşüncəsi ilə ətrafımızdakı adamları incidirik. Dərk etmirik ki, ehtiyatsız bir sözlə, yanlış bir ifadə ilə həm Kəbəni dağıtmaq qədər böyük günah edib qəlb sındırır, həm insanların gözündə damla-damla qazandığımız etibarı itirir, həm də ətrafımızdakı məsum mələkləri utandırıb özümüzdən qovuruq. Sındırdığımız qəlbi yenidən ələ almaq çətin olsa da, mümkündür. Amma o qəlbdə açdığımız yaranı tam sağaltmaq baş tutası iş deyil. İnsan zalım və cahil məxluqdur, yaxşını tez unudur, pisi yaddaşından silmir. Bir dəfə qırdığımız qəlb aynası xırda bir titrəyişlə yenidən çilik-çilik ola bilər, çünki onun üzərindəki çatları tam yamamaq olmur.