reklam
Faydalı məsləhətlər Faydalı məsləhətlər https://mail.loading.az/uploads/posts/2021-01/1610439509_loading.az_138203535152602f9760c13.jpg
ice berg

ice berg Məsləhətlər 12-01-2021, 18:00

Faydalı məsləhətlər

Faydalı məsləhətlər
İşinizin asanlaşması üçün:

Çörəyin və peçenyelərin təzə qalması üçün, böyük bir qaba yığın hamısını və yanına bir ovuc düyü qoyun. Bu şəkildə, bayatlanma problemi aradan qalxmış olacaq.

Əllərinizdəki tərəvəz ləkələrini çıxarmaq üçün bir qaşıq nişastanı bir az limon suyu və bir az su ilə bulayın və bu qarışıqla əllərinizi ovun. Ləkələrin qısa müddətdə çıxdığını görəcəksiniz.

Masa örtüyü, süfrə örtüsü ya da ştativ örtüsü üzərinə şam damlamışsa bu ləkəni islatmayın. Ləkə quruyub sərtləşmədən əvvəl, üzərinə bol duz səpin və qurumasını gözləyin. Daha sonra sərt bir fırçayla fırçalayıp təmizləyin.ı

Pizza kimi yeməklərə qoyduğunuz holland pendirinin lif lif uzanması üçün holland pendirini rəndələyərkən, rəndənin ən geniş tərəfini istifadə edin. Kiçik gözlərdə rəndələnərsə, pendir pişəndə uzanmaz.

Ləkəni təmizləmək üçün:

Yumurta ləkəsini çıxarmaq üçün əvvəl soyuq suda gözlədin, sonra ilıq sabunlu suda yuyun.

Masa örtüsündə olan çuğundur ləkəsini çıxarmaq üçün bir çörək parçasını suyla isladın, düz bir səthə yerləşdirin və örtünün hər iki qisiminə də çörəkləri yerləşdirin. Qısa müddətdə çörək, çuğundur ləkəsini özünə çəkəcək.

Şərab ləkəsini çıxarmaq üçün, oksigenli suyla tampon edin ya da ləkənin üzərini örtəcək şəkildə duz səpin və bir müddət gözlədin. Gözlədikdən sonra yuya bilərsiniz.

Mətbəx əşyalarının üzərindəki etiket izlərini yox etmək üçün, üzərlərinə mebel cilası səpib yumşaq bir bezlə silin. Asanca çıxdığını görəcəksiniz.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
209 202 187 192 208 178

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.