reklam
Saçları korlamadan düzləşdirin Saçları korlamadan düzləşdirin https://mail.loading.az/uploads/posts/2021-01/thumbs/1610357718_loading.az_havali-buruq-sac-duzumleri-2.jpg
Gulusum

Gulusum Dəri və saç 11-01-2021, 13:44

Saçları korlamadan düzləşdirin

Saçları korlamadan düzləşdirin
Saçlarınızı düzləşdirmək üçün tez-tez fendən istifadə etməli oluruq, bu isə nəticədə saçlarımızı korlanır. Ancaq saçları fen, ya kimyəvi maddə istifadə etmədən təbii yollarla düzləşdirmək olar.

Saç düzləşdirmək üçün Hindistan qozu südünün içərisinə ¼ stəkan limon suyu əlavə edin. Qarışımı soyuması üçün soyuducuya qoyun. Soyuduqdan sonra çıxarıb krem halına gələnə kimi qarışdırın. Qarışımı saçlarınıza yaxşıca yedirib sonra isti suya batırılmış dəsmalla yaxşıca sarıyın. Sonda saç tipinizə uyğun olan şampunla saçlarınızı yuyun.
Bir ay həftədə bir dəfə olmaqla ən az üç dəfə edə bilərsiz. Nəticədə saçlarınız parlaqlıq və yumşaqlıq qazanacaq.

Əsasən qıvrım saçları olan xanımlar saçlarının qurumasından, biz-biz qalmasından, fenlə düzləşdirməkdən yorulduğunu deyir. Yarım stəkan südü bir qazana töküb qaynayana kimi isidin. Sonra soyudun. Soyuduqdan sonra eyni miqdarda su ilə qarışdırın və bu qarışımı sprey şüşəsinə tökün. Saçınıza spreylə vurub 30 dəqiqə saxlayın. Sonra şampunla yuyun. Həm saçları düzləşdirəcək, həm də nəmlənməsinə kömək edəcək və saç qabarıqlığının qarşısını alacaq.

Saç düzləşdirmənin ən asan yollarından biri də saçlara isti yağla masaj etməkdir. Bunun üçün zeytun yağı, jojoba yağı daha çox tövsiyə edilir. Qaynayan suyun içinə 2 yemək qaşığı yağ qoyun. Yağ isindikdən sonra barmaq ucları ilə saçlarınıza masaj edin. Sonra isti dəsmalla saçlarınızı sarıyıb yarım sat belə saxlayın. Bitki mənşəli şampunla saçlarınızı yuyun. Saçlarınız həm parlaq, həm yumşaq, həm də sağlam olacaq.

Kiçik bir qabda çiy yumurtanın içinə 1 çay qaşığı zeytun yağı əlavə edin. Saçınızı bölmələrə ayırın. Hər hissəyə bu qarışımı fırça ilə yayın. Gümüş folqa ilə sarıyın. 1 saat saxladıqdan sonra durulayın.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
371 348 393 456 375 336

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.