ONLAYN: 19

Qonaq: 390 Cəmi: 412
Saytda onlyan olanları görmək üçün QEYDİYYATDAN keçin.

Top10 Müəllif

Ay üzrə xəbər statistikası

Son Hədiyyə

Göndərilmiş hediyyə

Pullu İstifadəçilər

Saytın ən varlı istifadəçilər
1) Xaliq » 534 Min
2) Elnare » 409,5 Min
3) Kənan Heydərov » 390,3 Min
4) Esmeralda » 371,5 Min
5) L e o n » 357,2 Min
6) Avara_Şair » 308,3 Min
7) AzizA » 291,6 Min
8) Sensiz darixiram » 244,7 Min
9) Луна » 239,1 Min
10) ÊLfid » 229,7 Min

Ağıllı İstifadəçilər

Saytın ən ağıllı istifadəçiləri
1) ice berg » 1294 cavab
2) Güliçka » 354 cavab
3) sebis » 207 cavab
4) KiBirLi PrenS » 149 cavab
5) Bumerang » 116 cavab
6) by_sako » 88 cavab
7) Melis » 74 cavab
8) amon » 49 cavab
9) ^_^ GÜLÜM ^_^ » 43 cavab
10) Th30 » 29 cavab

Yuxu Yozmalar

Yozmalardan faydanlanmaq
A B C Ç D E Ə F G H İ J K L M N O Ö P Q R S Ş T U Ü V X Y Z

Mini Çat

Reklam,söyüş,təhqir olmaz
Mini çatı görmək üçün və mini çatda yazışmaq üçün Qeydiyyatdan keçin.

Top10 Şərhçilər

Ay üzrə şərhlərin statistikası

Top10 Xallar

Gün/Ay üzrə xalların statistikası

Son Onlayn Hədiyyə

Göndərilmiş onlayn hediyyə

Aktivlik reytinqi

Saytın ən aktiv istifadəçilər
1) XAMLİYON__GÖZƏL - 2 saat 59 deq.
2) Adnur - 1 saat 17 deq.
3) _Gйпеl_ - 1 saat 13 deq.
4) ice - 53 deq.
5) beybala_beybala - 47 deq.
6) nigaraxundova - 45 deq.
7) heyatimin - 41 deq.
8) Abbas - 31 deq.
9) 20062006 - 22 deq.
10) Avara_Şair - 20 deq.
~ÖLMəYəN SeVGi~
Hekayələr Yüklə
~ÖLMəYəN SeVGi~

Ölməyən Sevgi
Gənc adam əllərində bir buket çiçək, sahilə qaçaraq gəldi ... Gözləri belə bir sahildə gəzişdi, axtardığını görə bilməyincə ilk gördüyü yerdə oturub sevdiyini gözləməyə başladı. Əllərində hər zamanki çiçəklərdən vardı. Sevgilisinin ən sevdiyi çiçəklər bunlar idi. Qırmızı, qıpqırmızı, qan qırmızısı güllər ... Sanki budağından yeni qoparılmış kimi təzə idilər, buram buram iy verirdilər, sevgi iy verir, eşq iy verir ən əhəmiyyətlisi də həsrət və həsrət iy verirdi güllər ... Hamısının üzərində damlalar vardı. Sanki ağlayır kimi idilər. Gənc adam güllərə baxdı, sanki onlarla danışırmış kimi, "Niyə ağlayırsınız, baxın mən nə qədər xoşbəxtəm" dedi. Az sonra sevdiyini görəcəyi üçün ürəyi yenə dəli kimi atmağa başlamışdı. Nə zaman onu düşünsə, onunla görüşəcəyini xəyal etsə ürəyi eyni belə yerindən çıxacaqmış kimi olurdu. İllərdir bir-birlərini sevmələrinə baxmayaraq ikisidə sevgisindən heç bir şey itirməmişdi ... Onları heç bir şey ayıra bilməzdi ... Nə həsrət, nə ayrılıq, nə də ölüm ...

Gənc adam təlaşla saatına baxdı. Sevdiyi yenə gecikmişdi, 1 dəqiqə gecə qalmışdı. Üstəlik o, sevdiyini gözlətməmək üçün dəqiqələrlə əvvəl qaçaraq gəlir, onu gözləməyi belə sevirdi. Amma sevdiyi hər vaxt bunu edirdi. Davamlı özünü gözlədirdi. Hər kəsin bir qüsuru olarmış deyə düşündü ...
Və gözlərini önündəki ucsuz-bucaqsız dənizlərə tikdi .. Dənizin sonu yox kimi idi, eynilə sevdiyi qıza qarşı olan eşqi kimi dənizində sonu yox idi. Sonsuzluğa uzanırdı. Əslində bu gün onlar üçün çox xüsusi bir gün idi. Öz aralarında sözlənəcəkdilər. Cavan əvvəl bunu sevdiyinə açmış, sonrada gedib iki üzük almışdı. Bu qədər əhəmiyyətli bir gündə heç olmasa onu gözlətməməli idi .. Amma alışmışdı artıq gözləməyə, zərəri yox bir az daha gözləyərəm deyə düşündü. Güllərin yarpaqları nədənsə hələ yaşlı idi. Heç cür anlamırdı onları. Hər şey bu qədər gözəlkən niyə ağlayırdılar ki?

az sonra sevdiyi gələcək, ona sarılacaq, qucaqlaşacaqdılar ...
Sonra söz üzüklərini taxıb, evliliyə ilk addımlarını atacaqdılar.
Gənc adam elə həyəcanlı idi ki sevdiyinə qovuşmaq üçün can atırdı ... Qağayılara baxdı, bir-birləriylə oynaşıb, uçuşan qağayılara ... Nə qədər gözəl rəqs edirdilər havada. Təkrar saatına baxdı gənc adam. Narahatlıqlanmağa başlamışdı. Sevgilisi yenə gecikmişdi, həm də çox ... Bu qədər gecikməməsi lazım idi. hər gün burada görüşmək üçün sözləşmirlər idimi? Hər gün sahildə, qağayılara baxaraq, dənizin onlara izah etdiyi nağılları dinləyərək bir-birlərinə sarılıb həsrət aradan qaldıracaqlarına söz vermirlər idimi? O zaman niyə gəlməmişdi yenə? Ağlına pis düşüncələr gəlməyə başladı. Xeyr .. xeyr .. ola bilməzdi. Sevdiyinə bir şey ola bilməzdi. Onsuz həyat yaşanmazdı ki ... O ölsə belə davamlı mənimlə yaşar deyə düşündü gənc adam. Bunun düşüncəsi belə xoş deyildi. Gözlərini yerə endirdi. Gözyaşlarını kimsənin görməsini istəmirdi. Onsuz da nədənsə ətrafındakı insanlar ona sanki dəli kimi baxırdılar. Narahat olmağa başladı baxışlardan.
Artıq bezmişdi ... Yenə sevgilisi gəldi ağılına .. Niyə gəlmədi görəsən deyə düşünməyə başladı. Gözlərini bağladı.

7 il oldu dedi. 7 ildir hər gün bu sahildə idi, sevdiyini gözləyirdi. Daha çox dözə bilmədi. Ürəyi parçalanacaq kimi olurdu. Gözlərindən 1 damla daha yaş güllərin üzərinə damladı ... Yenə gəlməyəcək yəqin, ən yaxşısı mən onun evinə gedim deyə zümzümə etdi ... Heç olmazsa gülləri hər zamanki kimi yanına qoyar, ona vermiş olardı ... Gənc adam ayağa qalxdı. Sevdiyi ilə görüşmək üzrə, yaşıl təpənin ardındakı qəbirisitanlığa doğru getməyə başladı ...

Ona olan Eşqi və Sevgisi onunla birlikdə ölməmişdi .

Dostlarınızla paylaşın

162 nəfər bəyənib.
Şərhlər: 2
  1. ice berg
    Ona olan Eşqi və Sevgisi onunla birlikdə ölməmişdi .

    maraqlı hekayə alınıb..
  2. Papatya_016
    As sən kimə aşiq olmusan hııın. Lan bi sən vardın aşka aid bişiyciklər paylaşmayan səmdə day aşk böcü oldun pfjoy

Məlumat

Bildiriş!!
Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.