reklam
Səcdənin mənası nədir? Səcdənin mənası nədir? https://mail.loading.az/uploads/posts/2020-10/thumbs/1603089442_loading.az_888805.jpg
Луна

Луна İslam Dini 20-10-2020, 15:20

Səcdənin mənası nədir?

Səcdənin mənası nədir?

Səcdə - bəndənin Allah qarşısında təkəbbürdən uzaq olmasının nişanəsi və Allaha yaxınlaşmağın ən üstün yollarından biridir. Bəndə səcdə edərək, Allahın uca olmasını nümayiş etdirər və onun Allah qarşısında təslim olduğunu bildirər.

Bu səbəbdəndir ki, İblis (lən) insan qarşısında səcdə etməyə razı olmur.

LoaDinG.Az deyerler.org-a istinadən bildirir ki, səcdə namazın bir hissəsi olmasına baxmayaraq, ancaq namazdan əlavə də edilərsə, qəbul olunar. Allah Təala istəyir ki, bəndə başını əyərək, öz zəifliyini nümayiş etdirsin və bu yolla Allaha yaxın olsun. Səcdə edən bəndə İlahi nurdan daha çox bəhrə aparar. Bu insanın nəfsi də, qəlbi də Allah nuru ilə aydın olar.

Qurani-Kərimin ayələrindən belə başa düşmək olur ki, Allaha yaxınlaşmağın ən üstün yolu - səcdədir. Ona görə də Allah buyurur: "(Öz Rəbbinə) səcdə et və Ona yaxın ol!". ("Ələq" 19).

Beləliklə deyə bilərik ki, səcdə - insanı Allah qarşısında izzətli edən ən üstün əməldir. Bəndə səcdə edərək nə qədər zəlil olduğunu nümayiş etdirər və təkəbbürdən uzaq olar. Allaha bəyan edər ki, O, böyük və qüdrətlidir, bəndə isə zəifdir. Allah ucadır, bəndə zəlildir.

Ona görə də səcdə - bəndəni Allaha yaxınlaşdıran ən qısa yoldur. Bu əməli ancaq namazda deyil, namazdan əlavə də yerinə yetirməyə çalışaq ki, bizi İlahi qürbə çatdıra bilsin.

Səcdənin mənası nədir?

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
509 522 568 495 524 525

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.