Məkkə müşriklərinin ağlına Hz.Məhəmməd (s.a.s) haqqında Yəhudi alimlərindən bir şeylər öyrənmək gəldi. Bu məqsədlə Mədinəyə getdilər və olan bitəni danışıb kömək istədilər:
"Siz əlində Tövrat tutan bir millətsiniz. Bu adam haqqında bizə məlumat verəsiniz deyə sizə baş vurduq."
Alimlər belə qərara gəldilər:
"O adama, 'Keçmişdəki o heyrət ediləcək macəraları olan oğlanlar kim idi? Yerüzünün şərqinə qərbinə qədər gəzib dolaşan adamın hekayəsi nə idi? Ruh'un vacibliyi nədir?' suallarını verin. Bu sualları cavablandırsa bilin ki, o, Allahın Peyğəmbəridir. Sizdə ona itaət edin. Yox əgər cavablandıra bilməsə o adam yalançıdır. Ona isdədiyinizi edə bilərsiniz."
Gələnlər Məkkəyə dönərək bunları digər müşriklərə anlatdılar. Müşriklər ümid və sevinclə Hz.Məhəmməd'in (s.a.s) yanına gələrək bu sualları verdilər. Hz.Məhəmməd suallarını cavablandırmaq üçün 1 gün vaxt istədi. Ancaq bu zaman "İnşAllah [Allah istərsə]" deməyi unutdu. Bu səbəblə 3 gün (bəzi hədislərdə 3 gün bəzilərində 15 gün olduğu deyilir) heç bir vəhy gəlmədi.
Hz.Məhəmməd sıxıntıdan yerində duramaz vəziyyətə gəlmişdi. Müşriklər də danışmağa başlamışdı:
"Məhəmməd bizdən 1 gün vaxt istədi amma hələdə heçnə demir."
Sonunda vəhy gəldi. Müşriklərin suallarına belə cavab verildi:
"Yoxsa (Ey Rəsulum!) uzun zaman mağarada yuxuda qalan Kehf və Rakim əshabına, Bizim möcüzələrimizdən fərqli bir şey oldular mı sandın? Xatırla ki o vaxt o gənclər mağaraya sığınıb belə dedilər: "Ey Rəbbimiz! Bizə tərəfindən bir rəhmət göndər və işimizdə bizə bir müvəfəqiyyət hazırla."
Bu ayət-i kərimələrdə, müşriklərin birinci sualları cavablandırılırdı və adı keçən gənclərin əshab-ı Kehf olduğu bildirilirdi. Sonrakı enən ayətlərdə əshab-ı Kehf'in macəraları anlatılır. (Kehf, 9-26)
Müşriklərin ikinci suallarına isə bu ayətlər cavab verir:
"Ey Rəsulum! (Müşriklər, səni imtahan etmək üçün) bir də Zülkarneyn'dən (xəbər) sual verirlər. Sən de ki: 'Sizə, onlardan bir xəbər danışacam'"
Surənin davam edən ayətlərində isə, Cənab-ı Haqq'ın Zülkarneyn'i güc sahibi etdiyi, ona yol ehsan etdiyi və bununla qərbə doğru yol aldığını, yolculuğu əsnasında bir qövmlə qarşılaşdığını və onları yaxşı işlər görməyə dəvət etdiyi deyilir. Sonradan şərqə doğru yol tutduğu burada da bir qövmlə qarşılaşdığı və onları da xeyirli işlər görməyə dəvət etdiyi deyilir. (Kehf, 83-98)
Buda müşriklərin sonuncu suallarına cavab olan ayətlərdir:
"(Ey Rəsulum!) bir də sənə ruhdan (ruhun həqiqətindən) soruşurlar. De ki: 'Ruh, Rəbbimin bildiyi bir işdir və sizə elmdən ancaq az bir şey verilmişdir'" (İsra, 85)
Müşriklər suallarına nəhayət cavab almışlardı. Buna baxmayaraq şirkdən əl çəkmədilər və ona uymaqdan uzaq durdular.
Cənab-ı Haqq ayrıca Peyğəmbərimizədə eyni surədə belə müraciət etmişdi:
"Heç bir şey haqqında 'İnşAllah' demədən 'Mən bunu sabah edəcəm' demə! Unutduğun zaman Rəbbini an, 'İnşAllah' de, 'Güman edirəm ki Rəbbim, məni daha yaxın bir xeyrə və müvəffəqiyyətə çatdırar' de!" (Kehf, 23-24)
Hz.Məhəmməd (s.a.s) bu ayətlərdən sonra edəcəyi bir şey haqqında "İnşAllah" deməyi heç vaxt unutmadı.