reklam
Heç nə tam deyildi əslində... Heç nə tam deyildi əslində... https://mail.loading.az/uploads/posts/2020-06/thumbs/1591622497_loading.az_screenshot_2020-06-08-17-08-47-1.png
sessiz musiqim

sessiz musiqim özünü 😔 qəmli hiss edir. Sevgi 8-06-2020, 17:59

Heç nə tam deyildi əslində...

Heç nə tam deyildi əslində...


Bu gün doğum günümdü.Təbrik falan gözləmirdim desəm yalan olar.Çünki bilirdim ki ən azından rəfiqələrim təbrik edəcək.Ancaq gözlədiyimnən artığı gəldi).

Bu gün belə kədərsiz keçmədi.Keçən il unutduğun üçün təbrik etməmişdin.Amma bu il...Nəysə.Deyəcək o qədər şey var ki, sadəcə hamısı bir-birinə qarışıb deyə ifadə edə bilmirəm qəlbimdəkiləri.


Bir gün var, o gün gələcək, bilirəm.Gecmi tezmi bilmirəm, amma nə vaxtsa gözlədiyim günün gələcəyindən əminəm.Əslində bir günü deyil bir ömrü gözləyirəm.Sadəcə o qədər çarəsiz qaldım ki, bircə günə belə razıyam.

Sən gedəni tam bir uşağa dönmüşəm.Hələ də səni istəyirəm amma bir tərəfdən də qorxuram daha səndən😔.Qorxuram, çünki keçən günlərdə belə məni sevib sevmədiyindən əmin deyiləm.Yenidən gəlsən qəlbimdəki sıxıntı keçər, arzum yerinə yetər.Amma o qorxu.Əsla rahat buraxmaz məni.Niyə mi?Çünki qorxumu sən həkk elədin ürəyimə.Sənə demişdim kimi sevirəmsə çıxır gedir.Sən də mən səni həyatımdan çıxartmayınca əsla getməyəcəyini demişdin.O gün unutmuşdum qorxumu.Amma sən unutdurduğun kimi geri gətirməyi də bacardın.

Heç nə tam deyildi əslində...


Rahat ol artıq.Yuxularıma kabus olan bu günləri mənə yaşatdığın üçün rahatla.Onsuz da bu rahatlığın çox sürməz...



Bir gün yolun düşər bura yəqin ki.Bu xəbəri görərsən ya yox bilmirəm.Amma narahat olma Bakı elə də böyük yer deyil.Bir gün səninlə üz üzə gələndə bunları və daha deyə bilmədiyim nə varsa hamısını özünə deyəcəyəm.😿

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
891 837 898 733 853 767

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.