reklam
Allah bu dastanda həsədə işarə edir Allah bu dastanda həsədə işarə edir http://mail.loading.az/uploads/posts/2018-12/thumbs/1545159258_allah_yazisi_0125.jpg
Nani_Fit

Nani_Fit özünü 🤗 möhtəşəm hiss edir. İslam Dini 19-12-2018, 11:53

Allah bu dastanda həsədə işarə edir

Allah bu dastanda həsədə işarə edir
İnsanın həm yaxşılıqlara və həm də pisliklərə meyli vardır. Yaxşılıqlara meyl hər bir pak fitrətdə mövcuddur.

Əxlaq alimlərindən olan Ayətullah Məzahirinin əxlaq dərslərindən: "Qərb alimlərindən birinin bir cümləsi vardır ki, çox şirin cümlədir. Deyir ki, özünü tərbiyə üçün bir müqayisə etmək istəyirəm. Züleyxa ilə Yusifin müqayisəsi. Züleyxa bir xanım idi ki, bir qadının istədiyi hər şeyə malik olmuşdu. Cavan idi, gözəl idi, mal və mülkü var idi. Ancaq bir şeyi yox idi, o da insanlığı idi. Züleyxa öz əli ilə özünü zəlil etdi. Əgər bütün dünya toplaşsaydı, heç kəsi bu qədər zəlil edə bilməzdilər.

Bildirilir ki, ancaq Yusifin bir oğlanın istədiyi hər şeyi yox idi. Hətta özü belə başqasının malı idi. Paxıl qardaşları onu satırlar. Bu Yusifin nə malı, nə pulu və nə də vəzifəsi var idi. Özü Züleyxanın qulu idi. Ancaq bir dəyərli şeyi var idi, o da insanlığı və iffəti idi. Yusifin insanlığı onu elə bir yerə gətirib çıxardır ki, əgər bütün dünya toplaşsa və kimisə bu qədər əziz etmək istəsə - bacarmaz. Yusifi insanlığı və iffəti əziz etdi. Əgər cavanlar həyatda bir yerə çatmaq istəyirlərsə, gərək Yusifi örnək bilsinlər.

Əziz müəllimimiz Əllamə Təbatəbai "Əl-Mizan"da yazır: "Yusifin günah etməsi üçün 24 zəminə var idi ki, əgər bu zəminələrdən biri başqa insan üçün olsaydı, günah etməməsi çox uzaq olardı. Bu 24 zəminəyə baxmayaraq, Yusif günah etmədi".

Yusif (ə) öz iffəti sayəsində böyük bir məqama çatır, atasını öz taxtında əyləşdirir və qardaşları qarşısında səcdə edirlər. Qurani-Kərim Yusifin (ə) dilindən buyurur: "Atacan! Bu, sənin yuxunun yozumudur".

Hər bir cavan gərək Yusif kimi rəzil sifətlərin qarşısında müqavimət göstərsin. Allah bu dastanda həsədə işarə edir, şəhvətə işarə edir, mal və vəzifəyə olan meylə işarə edir ki, bütün bunlar rəzil sifətlərdəndir.

Qurani-Kərim - insanın özünü tərbiyə etməsi üçün ən yaxşı vasitədir. Əgər bu Quranı həyatımızın sərlövhəsi qərar versək, bizim çox sayda rəzil sifətlərimiz məhv olar və aradan gedər.

Həzrət Yusifin (ə) dastanı hər bir günah qarşısında bəhanələr yolunu üzümüzə bağlayır. Allah Təala Quranda buyurur: "Və and olsun (insanın) nəfs(sin)ə və ona doğru-düzgün biçim verənə. (Bədən üzvlərini bir-birinə mütənasib və xüsusiyyətlərini isə həm bədən, həm də xarici mühitlə uyğun yaradana). Sonra da günahlarını və təqvalı olmağını ona ilham etmiş və onu iş görməyə qadir etmişdir. Nəfsini (etiqad və əxlaq kamallarında) təkamülə çatdıran və (fikir və nəfs pisliklərindən) onu təmizləyən kəs şübhəsiz, nicat tapmışdır! Və (nəfsini) pisliklərə bulaşdırıb cəhalət, küfr və pozğunluq pərdəsi altında gizlədən kəs, şübhəsiz, ziyana uğramışdır!". ("Şəms" 7-10).

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
423 426 441 422 448 363

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.