reklam
AY TUTULMASI ZAMANI QILINAN NAMAZ AY TUTULMASI ZAMANI QILINAN NAMAZ http://mail.loading.az/uploads/posts/2016-01/1453906993_1388475934-696.jpg
Ehmedzade

Ehmedzade İslam Dini 21-10-2018, 10:40

AY TUTULMASI ZAMANI QILINAN NAMAZ

AY TUTULMASI ZAMANI QILINAN NAMAZ
AY TUTULMASI ZAMANI QILINAN NAMAZ


Muğira ibn Şubə (Allah ondan razı olsun) belə demişdir: "Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) zamanında oğlu İbrahim vəfat etdiyi gün günəş tutuldu və insanlar: "Günəş İbrahimin ölümünə görə tutulmuşdur" - dedilər. Belə olduqda, Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) dedi: "Günəş və ay kimsənin nə ölümünə görə, nə də dünyaya gəldiyinə görə tutulur. Onların tutulduğunu gördüyünüz zaman namaz qılın və Allaha dua edin!" (Səhih əl-Buxari, 1043).
Rəvayət edilir ki, möminlərin anası Aişə (radıyəllahu anhə) demişdir: "Peyğəmbərin (salləllahu aleyhi və səlləm) zamanında günəş tutuldu və buna görə də Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) camaata namaz qıldırdı. Namazda qiyamı (Quranın qiraətini) uzatdı, sonra rükuya getdi və rükunu uzatdı, sonra rükudan qalxdı və yenə qiyamı uzatdı, lakin bu qiyam əvvəlkindən qısa idi, sonra bir də rükuya getdi və rükunu uzatdı, lakin bu rüku əvvəlkindən qısa idi, sonra səcdəyə getdi və səcdəni uzatdı, ikinci rükətdə də birinci rükətdə elədiklərini təkrar etdi.
Namazı bitirdikdə artıq günəşin üzü açılmışdı. Bundan sonra qalxıb xütbə verdi və Allaha həmd-səna edib təriflər deyəndən sonra buyurdu: "Həqiqətən də, günəş və ay Allahın dəlillərindəndir. Onlar kimsənin nə ölümünə görə, nə də dünyaya gəldiyinə görə tutulur. Odur ki, onların tutulduğunu gördüyünüz zaman Uca Allaha dua edin, "Allahu Əkbər" – deyin, namaz qılın və sədəqə verin...". (Səhih əl-Buxari, 1044).
Bu 2 rükətli Küsuf namazını sübh namazının fərzi kimi də qılmaq kifayətdir.



Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
380 387 433 436 440 381

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.