ONLAYN: 23

Qonaq: 411 Cəmi: 437
Saytda onlyan olanları görmək üçün QEYDİYYATDAN keçin.

Top10 Müəllif

Ay üzrə xəbər statistikası

Son Hədiyyə

Göndərilmiş hediyyə

Pullu İstifadəçilər

Saytın ən varlı istifadəçilər
1) Xaliq » 532,6 Min
2) Elnare » 401,8 Min
3) Kənan Heydərov » 390,3 Min
4) Esmeralda » 371,5 Min
5) L e o n » 357,2 Min
6) ice berg » 353,8 Min
7) Avara_Şair » 308,1 Min
8) AzizA » 291,6 Min
9) Sensiz darixiram » 244,5 Min
10) Луна » 239 Min

Ağıllı İstifadəçilər

Saytın ən ağıllı istifadəçiləri
1) ice berg » 1294 cavab
2) Güliçka » 354 cavab
3) sebis » 207 cavab
4) KiBirLi PrenS » 149 cavab
5) Bumerang » 116 cavab
6) by_sako » 88 cavab
7) Melis » 74 cavab
8) amon » 49 cavab
9) ^_^ GÜLÜM ^_^ » 43 cavab
10) Th30 » 29 cavab

Yuxu Yozmalar

Yozmalardan faydanlanmaq
A B C Ç D E Ə F G H İ J K L M N O Ö P Q R S Ş T U Ü V X Y Z

Mini Çat

Reklam,söyüş,təhqir olmaz
Mini çatı görmək üçün və mini çatda yazışmaq üçün Qeydiyyatdan keçin.

Top10 Şərhçilər

Ay üzrə şərhlərin statistikası

Top10 Xallar

Gün/Ay üzrə xalların statistikası

Son Onlayn Hədiyyə

Göndərilmiş onlayn hediyyə

Aktivlik reytinqi

Saytın ən aktiv istifadəçilər
1) amon - 1 saat 36 deq.
2) ice - 36 deq.
3) ÊLfid - 36 deq.
4) Ölümcül - 33 deq.
5) Miracle - 6 deq.
6) Adnur - 2 deq.
7) Gülüşüm💕 - 2 deq.
8) ∬Madmazel∬ - 1 deq.
Allahın adlarını müəyyən saylarda demək ruzini artırırmı?
İslam Dini Yüklə
Allahın adlarını müəyyən saylarda demək ruzini artırırmı?


Quran və Sünnədə Allahın adlarını qeyd etdiyiniz kimi müəyyən saylarda deməyə aid səhih bir dəlil olmadığı üçün bu əməl bidət (dində yenilik) sayılır və ondan çəkinmək lazımdır. Uca Allah buyurur: "Ən gözəl adlar (əsməul husnə) Allahındır. Ona bu adlar vasitəsi ilə dua edin və Onun adları barəsində haqdan sapanları tərk edin. Onlar etdikləri əməllərin cəzasını alacaqlar". (əl-Əraf, 180).
Səhih hədislərdə də bu adları əzbərləyib sayanların əldə edəcəyi üstünlük və savab barədə xeyli rəvayətlər nəql olunub. Allahın adlarının sayılmasının mükafatı cənnətə daxil olmaqdır. Əbu Hureyrə (Allah ondan razı olsun) deyir ki, Allah Rəsulu (salləllahu aleyhi və səlləm) belə demişdir: "Həqiqətən Allahın yüzdən bir əksik 99 adı vardır. Kim onları sayarsa cənnətə daxil olar". (əl-Buxari, 2736; Muslim, 2677). Hədisdə qeyd olunan adların sayılması özündə bunları cəm edir:

1. O adları əzbərləmək
2. O adların mənasını bilmək
3. O adların tələb etdiklərinə əməl etmək. Məsələn, Allahın əl-Əhəd olduğunu bilirsə, bu, ondan Allaha heç bir şeyi şərik qoşmamağı tələb edir. Onun ər-Razzaq olduğunu bilirsə, bu, ruzini Allahdan başqasından istəməməyi tələb edir və s.
4. Allahı o adlarla çağırıb ona bu adlarla da dua etmək

Uca Allah buyurur: "Ən gözəl adlar Allahındır. Ona bu adlar vasitəsi ilə dua edin...". (əl-Əraf, 180).
Beləliklə də bunlardan bildik ki, bu adları sadəcə yazaraq və ya üzündən oxuyaraq bu hədisdə keçən savaba nail olmaq olmaz. Əgər bu adların tələb etdiklərinə əməl və onlarla dua edilməzsə, onları bir vərəqə yazıb mucərrəd olaraq oxumaqla, onun fəzilətini, savabını qazanmaq olmaz.

Dostlarınızla paylaşın

473 nəfər bəyənib.
Şərhlər: 1
  1. pandisim
    AlhamdulilAllah, şükürlər olsun Allaha ki, Allahı zikr etmək nəinki ruzini artırır,insana bir çox xeyrlər verir

Məlumat

Bildiriş!!
Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.