ONLAYN: 17

Qonaq: 348 Cəmi: 368
Saytda onlyan olanları görmək üçün QEYDİYYATDAN keçin.

Top10 Müəllif

Ay üzrə xəbər statistikası

Son Hədiyyə

Göndərilmiş hediyyə

Pullu İstifadəçilər

Saytın ən varlı istifadəçilər
1) Xaliq » 534,7 Min
2) Elnare » 416,1 Min
3) Kənan Heydərov » 390,3 Min
4) Esmeralda » 371,5 Min
5) L e o n » 357,2 Min
6) amon » 325,6 Min
7) Avara_Şair » 314,5 Min
8) AzizA » 291,6 Min
9) Sensiz darixiram » 244,7 Min
10) Луна » 239,1 Min

Ağıllı İstifadəçilər

Saytın ən ağıllı istifadəçiləri
1) ice berg » 1294 cavab
2) Güliçka » 354 cavab
3) sebis » 207 cavab
4) KiBirLi PrenS » 149 cavab
5) Bumerang » 116 cavab
6) by_sako » 88 cavab
7) Th30 » 78 cavab
8) Melis » 74 cavab
9) amon » 65 cavab
10) ^_^ GÜLÜM ^_^ » 43 cavab

Yuxu Yozmalar

Yozmalardan faydanlanmaq
A B C Ç D E Ə F G H İ J K L M N O Ö P Q R S Ş T U Ü V X Y Z

Mini Çat

Reklam,söyüş,təhqir olmaz
Mini çatı görmək üçün və mini çatda yazışmaq üçün Qeydiyyatdan keçin.

Top10 Şərhçilər

Ay üzrə şərhlərin statistikası

Top10 Xallar

Gün/Ay üzrə xalların statistikası

Son Onlayn Hədiyyə

Göndərilmiş onlayn hediyyə

Aktivlik reytinqi

Saytın ən aktiv istifadəçilər
1) n2006 - 1 saat 54 deq.
2) heyatimin - 24 deq.
3) ÊLfid - 21 deq.
4) XAMLİYON__GÖZƏL - 18 deq.
5) amon - 17 deq.
6) Rehimoffa - 9 deq.
7) Adnur - 9 deq.
8) Avara_Şair - 7 deq.
9) Atas3 - 7 deq.
10) Men_Bir_Melek - 6 deq.
"Allah möminlərdən canlarını və mallarını, qarşılığında Cənnəti onlara vermək surətiylə satın almışdır." Tövbə Surəsi, 111.
İslam Dini Yüklə
"Allah möminlərdən canlarını və mallarını, qarşılığında Cənnəti onlara vermək surətiylə satın almışdır." Tövbə Surəsi, 111.
"Allah möminlərdən canlarını və mallarını, qarşılığında Cənnəti onlara vermək surətiylə satın almışdır." Tövbə Surəsi, 111.

İnsan oğlu gözləri ilə nələrəsə onsuz da baxır, gəlin Allah üçün baxaq ki, baxışlarımızı Ona satmış olaq. İnsanoğlu ağlını pul qazanmaq, məsələ həll etmək, kiməsə quyu qazmaq, vəziyyətdən çıxmaq və s kimi məsələlərə onsuz da satır. Gəlin ağlımızı Allah üçün işlədək. Çünki bizə verilən hər bir şey-zahiri əzalarımız, daxili orqanlarımız, sevmək, qəzəblənmək və s kimi hislərimiz əmanətdir həqiqi Sahibindən. Əmanət olmasının dəlili budur ki, biz bəzən öz orqanizmimizə, hisslərimizə söz keçirə bilmir, onları idarə edə bilmirik: acmaq, doymaq, yuxunun gəlməsi, ayaq yoluna getmək, nəyisə unutmaq və s. Kimsə istədiyi bir şeyi unuda bilməz, kimsə deyə bilməz ki mən daha acmayacam. Deməli insan öz bədənini maliki deyil, sadəcə o bədəndə bir qonaqdır.
İndi biz bizi verilən əmanətləri həqiqi sahibinə satsaq nə olar. Məhz o satışda beş dərəcə mənfəət içində mənfəət var.
Birinci mənfəət: Fani mal əbədiləşər. Çünki Qayyum-u Baqi olan Allah təalaya verilən və onun yolunda sərf edilən bu fani ömür əbədiləşər, əbədi meyvələr verər. O vaxt ömür dəqiqələri, sanki, toxumlar, çəyirdəklər hökmündə zahirən çürüyər. Lakin əbədiyyət aləmində səadət çiçəkləri açarlar və sünbüllənərlər. Və Bərzax aləmində ziyadar, munis bir mənzərə olarlar.
İkinci mənfəət: Cənnət kimi bir mükafat verilir.
Üçüncü mənfəət: Hər bir əza və duyğuların qiyməti birdən minə çıxar.
Məsələn: Ağıl bir alətdir. Əgər Cənab-ı Haqqa satmayıb, bəlkə, nəfs hesabına çalışdırsan, elə uğursuz, sıxıntılı və narahat edici bir alət olar ki, keçmiş zamanın hüzün verən ələmlərini və gələcək zamanın qorxulu əhvallarını sənin bu biçarə başına yükləyəcək, faydasız və zərərli bir alət dərəcəsinə enər. Məhz bunun üçündür ki: Fasiq adam ağlın əzici əzab və əziyyətlərindən xilas olmaq üçün çox zaman ya sərxoşluğa və ya əyləncəyə qaçar. Əgər həqiqi Malikinə satılsa və Onun hesabına çalışdırılsa, ağıl elə tilsimli bir açar olar ki, bu kainatda olan sonsuz rəhmət xəzinələrini və hikmət dəfinələrini açar. Beləliklə sahibini əbədi səadətə hazırlayan Rəbbani bir mürşid dərəcəsinə çıxar.
Məsələn: Göz bir üzvdür ki, ruh bu aləmi o pəncərə ilə seyr edər. Əgər Cənab-ı Haqqa satmayıb, bəlkə, nəfs hesabına çalışdırsan, keçici, davamsız bəzi gözəllikləri, mənzərələri seyr ilə bir ədəbsiz səviyyəsində şəhvət və nəfsani həvəslərə xidmətçi olar. Əgər gözü, gözün Sani-i Basirinə, yəni o gözü yaradan Sənətkarına satsan və Onun hesabına və izni dairəsində çalışdırsan, o zaman göz bu böyük kainat kitabının bir mütaliəçisi və bu aləmdəki Rəbbimizin sənət möcüzələrinin seyrçisi və bu yer üzü bağçasındakı rəhmət çiçəklərinin mübarək bir arısı dərəcəsinə çıxar. Necə ki, arı çiçəkdən-çiçəyə qonub şirə toplayıb, möcüzəvi bir nemət olan bal hazırlayır, onun kimi mömin də kainatda olan hər şeyi hikmət və ibrət nəzərləriylə mütaliə edib, onlardan topladığı görüntülərdən qəlb, ağıl və ruh "yeşiyində" elm və irfan balı hazırlamalıdır.
Məsələn: dildəki dadbilmə duyğusunu Hikmətli Yaradıcısına satmasan, nəfs hesabına, mədə naminə çalışdırsan, o vaxt mədə fabrikinə bir qapıçı səviyyəsinə enər, süqut edər. Əgər Kərim olan Rəzzaqına satsan, o zaman dildəki dadbilmə duyğusu
Allahın rəhmət xəzinələrinin mahir bir nəzarətçisi və Saməd olan Allahın kainatda sərgilədiyi hər cürə nemətlərlə zəngin olan mətbəxlərinin təşəkkür edən bir müfəttişi rütbəsinə çıxar.
Ey ağıl, diqqət et! Uğursuz bir alət hara, kainat açarı hara? Ey göz, gözəl bax! Adi bir ədəbsiz hara, İlahi kitabxananın elmli ziyalı bir naziri hara? Və ey dil, yaxşı dad! Bir qapıçı və bir fabrik yasaqçısı hara, xüsusi rəhmət xəzinəsinin naziri hara?
Və bunlar kimi başqa alətləri və üzvləri müqayisə etsən, anlayarsan ki, həqiqətən, mömin Cənnətə layiq və kafir Cəhənnəmə müvafiq bir mahiyyət kəsb edər. Və onların hər birinin elə bir qiymət almasının səbəbi, möminin imanı ilə Xaliqinin əmanətini onun naminə və izni dairəsində istifadə etməsidir. Və kafirin xəyanət edib nəfsi-əmmarə hesabına çalışdırmasıdır.
Dördüncü mənfəət: İnsan zəifdir, bəlaları çoxdur. Fəqirdir, ehtiyacı çox ziyadədir. Acizdir, həyat yükü çox ağırdır. Əgər Qadir olan Allaha istinad edib təvəkkül etməzsə və etimad edib təslim olmazsa, vicdanı daim əzab içində qalar. Səmərəsiz məşəqqətlər, ələmlər, təəssüflər onu boğar. Ya sərxoş və ya vəhşi edər.
Beşinci mənfəət: Bütün o üzv və alətlərin ibadəti və təsbihatı və o yüksək mükafatların ən möhtac olduğun bir zamanda Cənnət meyvələri surətində sənə veriləcəyinə zövq və kəşf əhli, ixtisas və müşahidə mənsubları ittifaq etmişlər.

Dostlarınızla paylaşın

488 nəfər bəyənib.

Məlumat

Bildiriş!!
Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.