reklam
“Cəvahir əl-kəlam” kitabı nədən bəhs edir? “Cəvahir əl-kəlam” kitabı nədən bəhs edir? http://mail.loading.az/uploads/posts/2018-08/thumbs/1533220458_kitab_0258.jpg
_Yene_Tenha_

_Yene_Tenha_ İslam Dini 2-08-2018, 20:00

“Cəvahir əl-kəlam” kitabı nədən bəhs edir?

“Cəvahir əl-kəlam” kitabı nədən bəhs edir?


"Cəvahir əl-kəlam" miladi XIX əsrdə yaşamış böyük cəfəri fəqihi Ayətullah ül-üzma Şeyx Mühəmməd Həsən İsfahani Nəcəfinin (1788-1850) qələmə aldığı irihəcmli fiqh kitabının adıdır. Şeyx Mühəmməd Həsən Nəcəf şəhərində, ruhani ailəsində doğulmuş, dövrünün böyük alimlərindən dərs almışdı. Rəşti, Şüştəri, Kənni, Maməqani, Kuhkəməri, Ali-Yasin kimi məşhur müctəhidlər onun tələbəsi olmuşlar. Şeyx Ənsari də onun elm xəzinəsindən bəhrələnmişdi.

Alim təqribən 25 yaşlarından etibarən "Cəvahir əl-kəlam" kitabını yazmağa başlamış və bu işə 30 ildən artıq vaxt sərf etmişdir. "Cəvahir əl-kəlam" miladi XIII əsrdə yaşamış böyük cəfəri alimi Mühəqqiq Hillinin "Şərayi-l-İslam" kitabına şərh olaraq qələmə alınmışdır. Əsər ən böyük fiqh ensiklopediyalarından sayılır. Kitab o qədər məşhur idi ki, müəllifini "Sahibi-Cəvahir", yəni "Cəvahir" kitabının müəllifi adlandırırdılar. Müctəhidlər arasında belə bir söz gəzirdi ki, kimdə "Cəvahir əl-kəlam" kitabı varsa, başqa fiqh kitabına ehtiyacı yoxdur. Bu irihəcmli əsər 43 cilddə nəşr olunmuşdur.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
373 367 346 347 381 405

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.