reklam
Tövhidin və şirkin qismləri Tövhidin və şirkin qismləri http://mail.loading.az/uploads/posts/2018-05/1527095494_jamnewsmage15084420.jpg
_Ömər_

_Ömər_ İslam Dini 23-05-2018, 22:19

Tövhidin və şirkin qismləri

Tövhidin və şirkin qismləri
Tövhidin və şirkin qismləri



Tövhidin qismləri üçdür:

1) Rububiyyət tövhidi;

2) Uluhiyyət tövhidi;

3) Ad və sifətlər tövhidi
Rububiyyət tövhidi: Bu iman gətirməkdir ki, Allah hər şeyi yaradıb, idarə edir və bu işdə onun heç bir şəriki (ortağı) yoxdur.
Uluhiyyət tövhidi: Bu iman gətirməkdir ki, yalnız Allah ibadətə layiqdir və bu işdə onun heç bir şəriki (ortağı) yoxdur. Bu “Lə iləhə illəLLAH”-ın mənasıdır. Onun mənası Allahdan başqa ibadətə layiq məbud yoxdur deməkdir. Namaz, oruc və digər ibadətlər kimi bütün ibadətlər tək Allah üçün olmalıdır. Onlardan hər hansı birini Allahdan başqası üçün etmək olmaz.
Ad və sifətlər tövhidi: Bu qurani-kərimdə və ya səhih hədislərdə gələn Allahın ad və sifətlərinə iman gətirmək və onlara heç bir təhrif (yozum) vermədən, inkar etmədən (tətil), keyfiyyət (təkyif) vermədən və bənzətmə (təmsil) etmədən Allaha layiq olan şəkildə yalnız Ona aid etməkdir. Bununla, pak və müqəddəs Allahın bu sözlərinə əməl etmiş oluruq:


De: “O Allah Təkdir! Allah Möhtac deyildir. O, nə doğub, nə doğulub, Onun bənzəri də yoxdur”. (Əl-İxlas1-4).

Həmçinin: “Onun heç bir bənzəri yoxdur. O, Eşidəndir, Görəndir.” (Əş-Şura, 11).
Bəzi alimər tövhidi iki qismə bölmüş və Ad və sifətlər tövhidini rububiyyət tövhidinə daxil etmişlər. Burada heç bir ziddiyyət yoxdur, cünki hər iki bölgü düzgündür və eyni məqsəd daşıyır.

Şirkin qismləri də üçdür:

1) Böyük şirk;

2) Kiçik şirk;

3) Gizli şirk
Böyük şirk: Əməlləri batil edir və onun üzərində ölən cəhənnəmdə əbədi qalır. Necə ki, Uca Allah demişdir:

“Bu, Allahın hidayətidir. Bununla O, qullarından istədiyi şəxsi doğru yola yönəldir. Əgər Ona şərik qoşsaydılar, əlbəttə, etdikləri əməllər puç olardı.” (Əl-Ənam surəsi, 88).

Həmçinin Uca Allah buyurub:

“Müşriklər küfr etdiklərini bildikləri halda, onlara Allahın məscidlərini abadlaşdırmaq yaramaz. Onların əməlləri puça çıxmışdır. Onlar Odda əbədi qalacaqlar.” (Ət-Tövbə surəsi, 17). Kim bunun üzərində ölərsə Allah onu bağışlamayacaq və cənnət ona haram olacaq. Necə ki, Uca Allah buyumuşdur:

“Şübhəsiz ki, Allah Özünə şərik qoşulmasını bağışlamaz, bundan başqa daha kiçik günahları isə istədiyi kimsəyə bağışlayar.” (Ən-Nisə surəsi, 48).

Həmçinin, Uca Allah demişdir: “Həqiqətən də, Allaha şərik qoşan kimsəyə, Allah Cənnəti haram etmiş və onun sığınacağı yer Oddur. Zalımlara kömək edən olmayacaqdır.” (Əl-Maidə surəsi, 72).

Böyük şirkin növlərindən: ölüləri və butləri çağırmaq və onlardan yardım istəmək, onlar üçün nəzir etmək, qurban kəsmək və s.
Kiçik şirk isə kitab və sünnədə şirk adlandırılan, lakin böyük şirk növündən olmayan şirklərdir. Məsələn: bəzi əməllərdə riya (özünü göstərmək) və Allahdan başqasına and içmək , “Allah və filankəs istədi” demək və s.
Peyğəmbər (salləllahu aleyhi və səlləm) deyib: “Sizin üçün ən çox qorxduğum kiçik şirkdir.” Ondan kiçik şirkin nə olduğu soruşuldu və O da cavab verdi ki: “Riyadır.” (Əhməd 5/428).

Həmçinin Peyğəmbər (salləllahu aleyhi və səlləm) deyib: “Allahdan başqasına and içən şəxs şirk etmişdir”. (Əhməd ,1/47).

İbn Ömərdən (Allah hər ikisindən razı olsun) olan hədisdə Peyğəmbər (salləllahu aleyhi və səlləm) deyib: “Allahdan başqasına and içən şəxs küfr və ya şirk etmişdir”. (Əl-Buxari, Ədəb, 5757). Həmçinin Peyğəmbər (salləllahu aleyhi və səlləm) deyib: “Deməyin “Allah və flankəs istədiyi kimi oldu”. Lakin deyin ki: ” Allah, sonra da flankəs istədiyi kimi oldu”.” (Əbu Davud, Ədəb, 4980).

Şirkin bu növü insanı islamdan çıxartmır və onu əbədi cəhənnəmlik etmir. Lakin, tövhidin kamilliyinə zərər yetirir.
Şirkin üçüncü növü isə, gizli şirkdir. Buna dəlil Peyğəmbərin (salləllahu aleyhi və səlləm) bu sözüdür: “Sizə görə Məsih Dəccəldən də daha çox qorxduğum şey barədə sizə xəbər verimmi? “ Dedilər: “Bəli, ey Allahın elçisi!” Dedi: “Gizli şirk – kişi namaz qılanda, ona baxanlara göstərmək üçün namazını bəzəyər.” (Əhməd, 3/30).
Həmçinin, şirki iki növə bölmək də caizdir: böyük şirk və kiçik şirk. Gizli şirk isə hər ikisində ola bilər. Böyük şirkdə, məsələn, münafiqlərin gizli şirkləri kimi. Çünki, onlar, canlarından qorxduqları üçün, riya edərək batil əqidələrini gizlədirlər və islam dinində olduqlarını göstərirlər. Gizli şirk kiçik şirkdə olmasına misal kimi isə riyanı göstərmək olar, yuxarıda zikr olunan hədislərdə qeyd olunduğu kimi







Sayta dərc etdi Kənan0001

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
422 506 450 447 433 415

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.